Məhkəmə qərarları › İş №8(041)-116/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-116/2023

10.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-116/2023 10.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, tələbin borclunun əmlakına yönəldilməsi üçün iş üzrə Borclu adına olan, «Chevrolet Malibu» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)- 229/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 2567.90 manat tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş, lakin icra sənədi bu günə kimi icra edilməmişdir. Hazırda borclunun icra sənədi üzrə borcu 2567.90 manat təşkil edir. Elektron icra sistemindən əldə olunmuş çıxarışdan müəyyən edilmişdir ki, borcu Borclu adına «Chevrolet Malibu» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdan keçmişdir. Tələbin sözügedən əmlaka yönəldilməsi üçün üzərinə həbs qoyulması məqsədə uyğun hesab edilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 təqdimat qeyd edilən xüsusatları nəzərə alaraq, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Təqdimata baxılmasının yeri və vaxtı barədə Borclu məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən borclunun məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, icra məmurunun izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-229/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu tələbkara olan borcu 2567.90 manat təşkil edir. Borc ödənilmədiyinə görə Borclu adına olan, «Chevrolet Malibu» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı (banın tipi: sedan, mühərrikin nömrəsi M1180388GS8X0735) nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması məqsədə uyğun hesab edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Kürdəmir rayon Məhkəməsinin 2(041)-229/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu adına olan, «Chevrolet Malibu» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı (banın tipi: sedan, mühərrikin nömrəsi M1180388GS8X0735) nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar