Məhkəmə qərarları › İş №8(041)-118/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-118/2024

12.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-118/2024 12.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanova Ruslan Şirvan oğlunun katibliyi ilə, Kürdəmir rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Kürdəmir rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-36/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Borclu 2580 manat 34 qəpik məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. Hal-hazırda Borclu 2500 manat 34 qəpik borcu mövcuddur. İcra sənədinin icrasına xx.xx.2024-cü il tarixdə qərarla başlanmış və qanuna müvafiq qaydada borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Aparılmış icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Belə olan halda borclunun ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən iş üzrə borclu xx.xx.1975-ci il təvəllüdlü, Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Təqdimata baxılmasının yeri və vaxtı barədə Kürdəmir rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 və Borclu məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə icra məmuru X2 və Borclu iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri tədqiq edib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-36/2024 №-li, xx.xx.2024-ci il tarixli icra vərəqəsinə əsasən icra sənədi üzrə Borclu 2580,34 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə tutulmalıdır. Kürdəmir rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-ci il tarixli bildirişindən müəyyən olunur ki, Borclu xx.xx.2024-cü il tarixdə icra sənədinin 10 gün müddətində könüllü icrası barədə icra şöbəsinin bildirişini almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). İcra Haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Maddə 84-1.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göründüyü kimi məhkəmə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında icra sənədi üzrə borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdıra bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X4 (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2017-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Təqdimata məhkəmə baxışı zamanı borclunun icra sənədini uzun müddət könüllü icra etməməsi müəyyən olunduğundan məhkəmə borclunun ölkədən getmək hüququnun icra sənədi üzrə yaranmış aliment borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılmasını mümkün hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-36/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi tam icra edilənədək borclu xx xxxxx 1975-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində doğulmuş Borclu (FİN-xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar