Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-12/2025 13.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6, İsayev Orxan Mahir oğlunun katibliyi ilə, Ərizəçi (tələbkar) X3 “qətnamə ilə ödənilməli pul məbləğinin indeksasiyası” barədə ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: X2 “qətnamə ilə ödənilməli pul məbləğinin indeksasiyası” barədə məhkəməyə ərizə ilə müraciət edərək ödənilən alimentin indeksasiyası barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, ərizə imzalanmamışdır. Məhkəmə hesab edir ki, imzalanmamış ərizənin mümkünlüyü məsələsinin həllində bu halı tənzimləyən prosessual hüquq normaları olmadığından, analogiya üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-151-ci maddəsinin tələblərinin tətbiq edilməsi mümkündür və məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinin tələbinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsinin tələbinə görə iddia ərizəsi imzalanmadıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, ərizə imzalanmayıbsa onun icraata götürülüb baxılması mülki prossesual qanunvericiliyinin tələblərinə zid olduğundan X2 “qətnamə ilə ödənilməli pul məbləğinin indeksasiyası” barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin, məhkəmə izah edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,151,152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: X1 “ödənilməli pul məbləğinin indeksasiyası” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər X2na qaytarılsın. Ərizəçiyə izah edilsin ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Marif Kazımov
Məhkəmə qərarları › İş №8(041)-12/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-12/2025
13.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver