Məhkəmə qərarları › İş №8(041)-131/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-131/2025

31.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-131/2025 31.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, X4, X3, X5 və X2 icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X1, X3, X5 və X6 ərizə ilə məhkəməyə müraciət edərək, onlara torpaq sahəsinə dair çıxarışın verilməsi barədə iddialarına Şirvan İnzibati Məhkəməsində baxılanadək, Kürdəmir Rayon İcra Şöbəsinin 31 oktyabr 2024-cü il tarixli icraata başlama haqqında qərarının icrasının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1-ci maddəsinə əsasən şağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: - məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; - borclu fəaliyyət qabiliyyətini itirdikdə; - borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; - icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; - inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; - icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; - İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; - İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; - icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; - tələbkarın müvafiq xahişi olduqda. Qanunun 18.1-ci maddəsinə görə aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: - borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; - borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; - icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; - borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda. Həmin Qanunun 21.1-ci maddəsində qeyd edilmişdir ki, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 21.2. Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Beləliklə, mövcud qanunvericiliyin yuxarıda şərh edilən imperativ normalarına görə, icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı tərəflərin məhkəməyə müraciəti nəzərdə tutulmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 21.6-cı maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cümaddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4, X3, X5 və X2 icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəsi baxılmadan geri qaytarılsın. HAKİM: XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar