Məhkəmə qərarları › İş №8(041)-139/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-139/2024

30.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-139/2024 30.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Məhərrəm Şirnalıyevin Borclu Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Məhərrəm Şirnalıyev Borclu Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-916/2022 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 2594,20 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Kürdəmir rayonu, Xıradapay ərazi dairəsi, Qağaclı kəndindəki ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Məhərrəm Şirnalıyevə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Onların iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.2.-ci maddəsinə əsasən məhkəmə icraçısının çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Normanın mənasına görə borclu üzrsüz səbəbdən çağırışlara gəlmədiyi halda onun barəsində məcburi gətirilmə tədbiri tətbiq edilə bilər. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-916/2022 saylı icra vərəqəsindən görünür ki, Borclu istifadə etdiyi elektirik enerjisinə görə yaranmış 2548.31 (iki min beş yüz qırx səkkiz manat 31 qəpik) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45.89 (qırx beş manat 89 qəpik) manat tutularaq "xxxx"ASC-nin hesabına ödənilməlidir. Kürdəmir rayon İcra və Probasiya şöbəsinin Borclu ünvanladığı xx.xx.2023-ci il tarixli bildirişdən müəyyən olunur ki, borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarından müəyyən olunur ki, Borclu məcburi qaydada Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Təqdimata əlavə olunan sənədlərdən müəyyən olunur ki, icra məmuru icra sənədi üzrə borclunu icra şöbəsinə dəvət etmiş, lakin borclu bildirişlərə cavab verməmiş, icra sənədi üzrə borcunu ödəməmiş, nəticədə icra sənədinin uzun müddət icrasının təmin edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə təqdimatı əsaslı hesab edib təmin edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ Təqdimat təmin edilsin. Borclu Kərimov X2 rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar