Məhkəmə qərarları › İş №8(041)-152/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-152/2023

25.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-152/2023 25.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, Kürdəmir rayon məhkəməsinin 2(041)-156/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1 rayon məhkəməsinin 2(041)-156/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Kürdəmir rayon məhkəməsinin 2(041)-156/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 9379.06 manat və dövlət rüsumuna görə 113.80 manat tutularaq Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi icrası ilə əlaqədar borcluya müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu onun çağırışına gəlməkdən yayınmışdır. Borclunun hazırda icra sənədi üzrə 9492.86 manat borcu vardır. Onlarda olan məlumata görə borclu ölkə ərazisini tərk edərək başqa ölkələrə gedir. İcra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması məqsədə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında icra məmurunun təqdimatına məhkəmə iclasında baxılır. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X4 təqdimatı müdafiə edərək bildirdi ki, icra sənədinin icrası ilə əlaqədar borcluya müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icra məmurunun çağırışına gəlməkdən yayınmışdır. Borclunun hazırda icra sənədi üzrə 9492.86 manat borcu vardır. Onlarda olan məlumata görə borclu ölkə ərazisini tərk edərək başqa ölkələrə gedir. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Təqdimata baxılmasının yeri və vaxtı barədə Borclu məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Borclu məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, icra məmurunun izahatını dinləyib, təqdimatı və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Hazırki iş üzrə də, Kürdəmir rayon məhkəməsinin 2(041)-156/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi Borclu tərəfindən üzürlü səbəb olmadan icra edilmədiyi, icra sənədlərinin icrası ilə bağlı görülmüş icra tədbirlərinin isə heç bir nəticə vermədiyi işdə olan sənədlərlə təsdiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Kürdəmir rayon Xınıslı kəndində qeydiyyatda olan, Kürdəmir rayon məhkəməsinin 2(041)- 156/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1996-cı ildə anadan olmuş Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar