Məhkəmə qərarları › İş №8(041)-153/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-153/2024

16.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-153/2024 16.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Kürdəmir rayon İcra və probasiya şöbəsinin icra məmuru, X1 iştirakı ilə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1299/2024 №-li icra sənədi üzrə icraata xitam verilməsi haqqında təqdimatına Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şirnalıyev Məhərrəm oğlunun Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1299/2024 №-li icra sənədi üzrə icraata xitam verilməsi haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İcra məmuru təqdimatı əsaslandıraraq bildirdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1299/2024 №-li icra vərəqəsinə əsasən Borclu hər ay 360 manat aliment tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Kürdəmir rayon məhkəməsinin icra sənədi xx.xx.2024-cü il tarixdə Kürdəmir ayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra hərəkətləri zamanı Tələbkar xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə ərizə ilə mürciət edərək tələbdən imtina etdiyini bildirmiş və icra sənədi üzrə icraata xiitam verilməsini xahiş etmişdir. Odur ki, tələbkarın ərizəsini nəzərə alaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)- 1299/2024 nömrəli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu və Tələbkar lazimi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhəkəməyə teleqram göndərərk məhkəmə iclasına gələ bilməyəcəklərini və məhkəmə iclasının onların iştiakı olmadan keçirilməsini bildirmişlər. Məhkəmə təqdimata baxılmasının onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, icra məmurunu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli və Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)- 1299/2024 saylı icra işi üzrə icraata xitam verilməlidir. Təqdimata əlavə olunmuş Tələbkar xx.xx.2024-cü il tarixli və Kürdəmir rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış məktubdab görünür ki, o,tələbdən imtina etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə görə tələbkarın tələbindən imtinası qəbul edildikdə icraata xitam verilə bilər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə icra məmurunın təqdimatı əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri icra məmurunun təqdimaına əsasən həll edilir. Həmin məcəllənin 231.4-cü maddəsinə görə icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 231 , 263, 264, 266, 269-cu maddələrini rəhbər tutaraq ,məhkəmə QƏRARA ALDİ : Təqdimat təmin edilsin. Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1299/2024 saylı icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qəraradadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar