Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-154/2024 16.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, icra sənədi üzrə Borclu vəkili X3 iştirakları ilə, Qətnamənin hissə-hissə icra edilməsinə dair icra sənədi üzrə Borclu ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1272/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin hissə-hissə icra olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə Borclu vəsatətlə çıxış edərək bildirdi ki, icra sənədi üzrə Borclu "xxxx" MMC-də fəhlə işləyir və aylıq əmək haqqı ştat cədvəlinə uyğun olaraq 500 manat təşkil edir. MMC-dən aldığı arayışı Kürdəmir rayon icra və probasiya şöbəsinə təqdim etmiş və borc onun əmək haqqına yönəldilmişdir. Hazırda borc məbləğinin hissə-hissə icra olunması barədə qərardada ehtiyac yoxdur, ona görə də ərizənin geri qaytarılmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 vəkilin qeyd etdiyi xüsusatları təsdiq edərək vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, vəsatət təmin edilməli və qətnamənin hissə-hissə icra edilməsinə dair icra sənədi üzrə Borclu ərizəsi baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərivə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cümaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Qətnamənin hissə-hissə icra edilməsinə dair icra sənədi üzrə Borclu ərizəsi baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №8(041)-154/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-154/2024
16.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver