Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-166/2024 20.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 iştirakı ilə, Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimata məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1743/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu, Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1743/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 1 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu hər ay 200 manat aliment tutularaq Tələbkar ödənilməlidir. İcra sənədinin icrasına xx.xx.2024-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Həmin tarixdən icra sənədinin icrası tam icra edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında icra məmurunun təqdimatına məhkəmə iclasında baxılır. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 təqdimatda göstərilən xüsusatları təsdiq edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Təqdimata baxılmasının yeri və vaxtı barədə Borclu məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Borclu məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Hazırki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1743/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinin icraata başlaması haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin Borclu çatdırılması barədə heç bir sübut təqdimata əlavə olunmamış və məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, borclu Yunusov X3 rayon icra və probasiya şöbəsinə dəvət edilməmiş, borcun ödənilməməsi səbəbləri araşdırılmamış, bununla bağlı ondan izahat alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 135.1-ci maddəsinin tələblərinə görə məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. İcra sənədinin icrası ilə bağlı icra məmurunun qəbul etdiyi qərarlar və icra hərəkətlərinə dair aparılan yazışmalar ədalət mühakiməsinin davamı və tərkib hissəsi hesab edildiyindən, qeyd edilən normanın tələbləri icra qurumları üçün də imperativ xarakter daşıyır. Odur ki, məhkəmə araşdırması zamanı icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz və ya üzrlü səbəblərdən icra edilməməsini müəyyən etmək mümkün olmadığından və bu məsələlər icra məmuru tərəfindən araşdırılmadığından, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı əsaslı hesab edilmir və bu əsasdan da təqdimat təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №8(041)-166/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-166/2024
20.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver