Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-169/2025 02.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X8 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, Qətnamənin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə borclu X2 ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İcra sənədi üzrə borclu X3 ərizə ilə məhkəməyə müraciət edərək, maddi vəziyyətini və digər halları nəzərə alaraq, Kürdəmir Rayon Məhkəməsinin e2(041)-877/2024-009 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini (icra sənədlərini) hissə-hissə icra etməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizədən və əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin e2(041)-877/2024-009 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən X1 əsas borca görə 48900 (qırx səkkiz min doqquz yüz) manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən ödənilməmiş 48900 manata görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi tam icra olunduğu tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi 7.75 % hesabalanmış məbləğ və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 238 (iki yüz otuz səkkiz) manat tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq borclu X3, icra sənədi üzrə tələbkar X5 və Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmişlər. MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. İcra sənədi üzrə borclu X3 ərizəsində Kürdəmir Rayon Məhkəməsinin e2(041)- 877/2024-009 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin hissə-hissə icra edilməsini xahiş etdiyi halda, icra sənədi üzrə ödədiyi məbləğ, özünün əmlak vəziyyətinə dair heç bir sübutunu ərizəsinə əlavə etməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin e2(041)-877/2024-009 saylı xx.xx.2024-cü il tarixli icra sənədini hissə-hissə icra edilməsi barədə borclu X2 ərizəsi təmin edilməməli və icra sənədinin icrası ilə bağlı icra tədbirləri davam etdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Qətnamənin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə borclu X2 ərizəsi təmin edilməsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM XALİQ İMANOV
Məhkəmə qərarları › İş №8(041)-169/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-169/2025
02.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver