Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-175/2023 16.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Borclu mülkiyyətində olan, «Chevrolet Malibu» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində qoyulan həbsin götürülməsi haqqında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.N.Şəldiyevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İcra sənədi üzrə Borclu mülkiyyətində olan «Chevrolet Malibu» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində qoyulan həbsin götürülməsi haqqında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.N.Şəldiyev təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(041)-229/2023 saylı icra sənədinə əsasən boclu Borclu 2534.90 manat məbləğində pul tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Sözü gedən icra sənədi icra edilmədiyi üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(041)-116/2023 nömrəli qərardadı ilə boclu Borclu mülkiyyətində olan «Chevrolet Malibu» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində həbs qoyulmuşdur. İcra tədbirləri zamanı borclu "xxxx" MMC-yə olan borcunu tam şəkldə ödənilmişdir. Belə olan halda Borclu mülkiyyətində olan avtomobilin üzərində qoyulan həbsin götürülməsi məqsədə uyğun hesab edilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.N.Şəldiyev təqdimatın təmin edilərək Borclu mülkiyyətində olan «Chevrolet Malibu» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarmasını xahiş etdi. Məhkəmə, icra məmurunun izahatını dinləyib, təqdimatı və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, işdə olan, "xxxx" MMC-nin məktubundan görünür ki, Borclu "xxxx" MMC-yə olan borcunu tam şəkildə ödəmişdir. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu mülkiyyətində olan «Chevrolet Malibu» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində qoyulan həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(041)-229/2023 nömrəli qərardadı ilə boclu Borclu mülkiyyətində olan «Chevrolet Malibu» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində qoyulan həbs götürülsün. Qərardadın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №8(041)-175/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-175/2023
16.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver