Məhkəmə qərarları › İş №8(041)-179/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-179/2023

26.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-179/2023 26.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X1 iştirakı ilə Kürdəmir rayon İcra şöbəsinin icra məmuru Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-429/2023 saylı icra sənədi üzrə borclunun məcburi gətirilməsi haqqında təqdimatına Kürdəmir şəhəri, Heydər Əliyev pospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Kürdəmir rayon İcra şöbəsinin icra məmuru Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-429/2023 saylı icra sənədi üzrə borclunun məcburi gətirilməsi haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. İcra məmuru izahatında göstərdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-429/2023 saylı icra vərəqəsinə əsasən Borclu xx.xx.2012-ci il tarixdə doğulmuş X4 və xx.xx.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər ay hər uşağa görə sait pul məbləğində 160 manat olmaqla,ümumçilikdə 320(üç yü iirmi) manat aliment tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar Borclu ünvanına müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon İcra və Probasiya şöbəsinə dəvət edilmiş, ondan icra vərəqəsinin icrası tələb edilmişdir. Borcluya icra vərəqəsinin icra olunması ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, o, Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə gəlməmiş və buna heç bir səbəb göstərməmış və icra sənədini qərəzli olaraq icra etməmişdir. Hal-hazırda borclu Abuşov X3 rayonu Qarasu kəndində yaşayır və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qərəzli olaraq yayınır. Yuxarıda göstərilənləri və qanunvericiliyin tələblərini rəhbər tutaraq Borclu Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 84.2–ci maddəsinə əsasən,icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. “İcra haqqında”Azərbaycan Respublikası qanunun 84.3-cü maddəsinin tələbinə görə, 84.2 maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir, həmin qərar icra qrupunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Beləliklə, məhkəmə təqdimata əlavə edilmiş sənədləri və icra məmurunun fikrini dinləyib hesab edir ki, təqdimat təmin edilməli, Borclu məcburi qaydada icra şöbəsinə gətirilməlidir. Qeyd olunanlara əsasən “İcra haqqında” Qanunun 84.2 və 84.3-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Təqdimat təmin edilsin. Kürdəmir rayonu Qarasu kəndində qeydiyyatda olan, Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-429/2023 saylı icra sənədi üzrə Borclu Kürdəmir rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi təmin edilsin. Borclu Kürdəmir rayon İcra və Probasiya şöbəsinə gətirilməsi Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar