Məhkəmə qərarları › İş №8(041)-185/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-185/2025

20.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-185/2025 20.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X12 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, İcra sənədi üzrə Borclu3 iştirakları ilə, Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 Kürdəmir rayon Məhkəməsinin 2(041)-1645/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin verilməsi üçün əsas olmuş qətnaməyə izah verilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1645/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar iki nəfər az yaşlı uşaqları – xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 ilə birlikdə Kürdəmir şəhəri, M.Ə.Rəsulzadə küçəsi 22 saylı ünvanda yerləşən fərdi yaşayış evinə məcburi qaydada köçürülməsi qət edilmişdir. Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 ərizəylə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1645/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin verilməsi üçün əsas olmuş qətnaməyə izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X4 ərizəni əsaslandıraraq bildirdi ki, Kürdəmir rayon məhkəməsinin 2(041)-1645/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi icra olunması üçün xx.xx.2025-ci il tarixdə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, icra vərəqəsi icraata qəbul edildikdən sonra tələbin könüllü icrası üçın bildiriş ilə birlikdə icraata başlama haqqında qərar borcluya, icraata başlama haqqında qərarın surəti isa qanuna müvafiq qaydada tərəflərə və məhkəməyə göndərilmiş, icra sənədinin icrası ilə bağlı icra prosesləri xx.xx.2025-cü il, xx.xx.2025-ci il ve xx.xx.2025-cü il tarixə təyin edilmiş və bu barədə müvafiq aktlar tərtib edilmişdir. İcra prosesləri zamanı həmin ünvanda bir neçə fərdi yaşayış evinin mövcud olduğu müəyyən edilmiş, lakin əldə olunmuş ünvan 1 planınından və digər texniki sənədlərdən həmin ünvanda yalnız bir fərdi yaşayış evinin mövcud olduğu və tələbkarın iddia etdiyi, köçürülməyini istədiyi fərdi yaşayış evinə isə dair hər hansı bir sənədin olmadığı müəyyən edilmiş, həmçinin torpaq sahəsinin planında göstərilən fərdi yaşayış evinin kiçik olduğunu əsas gətirərək, tələbkar azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşamaqları mümkün olmayacağını bildirmiş və həmin fərdi yaşayış evinə köçməkdən imtina etmişdir. Həmin ünvanda yerləşən, lakin ünvan 1 planında və digər texniki sənədlərdə öz əksini tapmayan fərdi yaşayış evinə köçürülməsinin mümkünlüyünə dair izah verilməlidir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə Borclu3 izahatında bildirdi ki, Kürdəmir rayon məhkəməsinin 2(041)-1645/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən xəbəri yoxdur. M.Ə.Rəsulzadə küçəsi 22 saylı ünvanda yerləşən mənzillərin sənədləri var və tələbkarın iddia etdiyi köçürülməyini istədiyi fərdi yaşayış evi ona məxsusdur. Hazırda Kürdəmir rayon Məhkəməsinin 2(041)-1645/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməni götürmüş və ondan apellyasiya qaydasında şikayət edəcəkdir. Məhkəmə təqdim edilmiş sənədləri araşdıraraq və borclunun izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. 14.2. Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Hazırki iş üzrə icra sənədində iddiaçı Tələbkar iki nəfər az yaşlı uşaqları – xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 ilə birlikdə Kürdəmir şəhəri, M.Ə.Rəsulzadə küçəsi 22 saylı ünvanda yerləşən fərdi yaşayış evinə məcburi qaydada köçürülməsi müəyyən edilmiş, lakin evdə yaşayan Borclu3 məhkəmə qətnaməsindən məlumatı olmadığına görə icra sənədinin icrasına mane olmuşdur. İcra sənədində göstərilmiş tələblər aydın olmaqla, icrasını çətinləşdirən hal müəyyən edilmədiyindən, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qətnaməyə izah verilməsinə də ehtiyac yaranmamışdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1645/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin verilməsi üçün əsas olmuş qətnaməyə izah verilməsi barədə Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 ərizəsi təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar