Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-20/2024 08.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimata məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X6 təqdimatla məhkəməyə müraciət edərək, Kürdəmir rayon Məhkəməsinin 2(041)-100/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu, xx.xx.1982-ci il təvəllüdlü, Kürdəmir rayonu Ərəbxan kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-100/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Borclu hər ay sabit pul məbləği ilə hər uşağa görə 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat miqdarında aliment tutularaq X1 ödənilməlidir. İcra sənədinin icrasına xx.xx.2023-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İcra sənədi icrası ilə əlaqədar borcluya müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, hal-hazıra kimi borclunun ödənilməmiş 2000 manat borcu möbcuddur. Aparılmış icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Onlarda olan məlumata görə borclu ölkə ərazisini tərk edərək başqa ölkələrə gedir. İcra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması məqsədə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında icra məmurunun təqdimatına məhkəmə iclasında baxılır. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X6 təqdimatda göstərilən xüsusatları təsdiq edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Təqdimata baxılmasının yeri və vaxtı barədə Borclu məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Borclu məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Hazırki iş üzrə də, Kürdəmir rayon Məhkəməsinin 2(041)-100/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinin Borclu tərəfindən üzürlü səbəb olmadan icra etmədiyi, icra sənədlərinin icrası ilə bağlı görülmüş icra tədbirlərinin isə heç bir nəticə vermədiyi işdə olan sənədlərlə təsdiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Kürdəmir rayon Məhkəməsinin 2(041)-100/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu, xx.xx.1982-ci il təvəllüdlü, Kürdəmir rayonu Ərəbxan kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №8(041)-20/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-20/2024
08.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver