Məhkəmə qərarları › İş №8(041)-208/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-208/2023

30.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-208/2023 30.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Müseyib Bayramov Seyfəddin sədrliyi, X5 oğlunun katibliyi və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə Borclu məxsus «VAZ 21065” minik markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması məsələsinə baxılması barədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Kürdəmir rayon məhkəməsinin 2(041)-1014/2023 saylı,xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məxsus «VAZ 21065” minik markalı, **-ZA-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında Kürdəmir rayon İcra Probasiya şöbəsinin icra məmuru təqdimatı əsaslandıraraq göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2(041)-1014/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ümumilikdə 560 manat alınaraq X1 ödənilməsi qət edilmişdir. İcra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icra vərəqəsinin icrası ilə bağlı borclulara tələbin könüllü icrası barədə bildirişlər göndərilmiş və onları icra şöbəsinə dəvət edilmişlər. Lakin görülmüş tədbirlərə baxmayaraq borclu icra sənədində göstərilən məbləği qərəzli olaraq ödəməmişdir, onun icra sənədi üzrə 560 manat məbləğində borcu qalmışdır. Borclunun banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün sorğu edilmiş və adına hər hansı bir pul vəsaiti aşkar edilməmişdir. İcra tədbirləri zamanı Borclu məxsus «VAZ 21065” minik markalı, **-ZA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. Ona görə də icra sənəndinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus «VAZ 21065” minik markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını xahiş etdi. Təqdimata baxılması haqqında məhkəmə iclasının vaxtı və yeri barədə Borclu lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir məlumat vermədən məhkləm iclasına gəlməmiş,tələbkar məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsnə etirazlarını olmadığını göstərmiş və məhkəmə təqdimata baxılmasını onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin 2(041)-1014/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Borclu ümumilikdə 560 manat məbləğində pul tutularaq X1 ödənilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş elektron sorğunun cavabından görünür ki, Borclu məxsus «VAZ 21065” minik markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsii qeydə alınmışdır. Təqdimatdan göründüyü kimi icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlak vəziyyətləri barədə “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq sorğu edilmiş və həmin sorğuya verilmiş cavabdan Borclu məxsus «VAZ 21065” minik markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olması müəyyən edilmişdir. İcra məmuru tərəfindən borclunun hər hansı bir əmlakı müəyyən edilərsə məhkəmənin qərardadına əsasən onların həmin əmlaklarının üzərinə həbs qoyula bilər. Məhkəmə icra məmurunun izahatlarını dinləyib, təqdimata əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, borclu könüllü olaraq borcunu ödəmədiyinə görə təqdimat təmin edilməklə Borclu məxsus «VAZ 21065” minik markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsində göstərilir ki, məcburi icra tədbirləri ilə əlaqədar borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi ilə icra sənədinin icrası təmin edilə bilər. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olmasından, zəruri halda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. Yuxarıda göstərilənləri və İcra haqqında Azərbaycan Respublikası Qanununun 43.1.1, 50.1, 50.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus «VAZ 21065” minik markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardadd tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində şikayət verə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar