Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-214/2025 17.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, Kürdəmir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X3 iştirakları ilə, Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 xx.xx.2025-ci il tarixli “İcra sənədinin geri qaytarılması” haqqında qərarından iş üzrə tələbkar "xxxx" MMC tərəfindən şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərara əsasən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-859/2025-015 saylı icra sənədinin icra edilmədən məhkəməyə geri qaytarılması qərara alınmışdır. Tələbkar "xxxx" MMC xx.xx.2025-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)- 859/2025 saylı qətnaməsi üzrə xx.xx.2025-ci il tarixli “İcra sənədinin geri qaytarılması” haqqında qərarın ləğv olunaraq icra sənədinin icra edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Kürdəmir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X5 izahatında qeyd etdi ki, e-2(041)-859/2025-015 saylı icra sənədinə əsasən borclu X1 5564 manat 30 qəpik tutularaq "xxxx" MMC-nin bank hesabına ödənilməlidir. İcra tədbirləri ilə bağlı olaraq borclunun yaşadığı ünvana gedərək baxış keçirilmiş, borclunun adına hər hansı mülkiyyətin olmadığı, həmçinin borclunun borcu ödəyə biləcək imkana malik olmadığı, borcunu ödəmə qabiliyyətinin olmadığı müəyyən edilmişdir. Şikayət ərizəsinin rədd olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq tələbkar və borclu məhkəmə iclasına gəlməmiş, lakin tələbkar işə onların iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında icra işi araşdırılarkən müəyyən edilmişdir ki, borclunun əmlak və gəlir məlumatları, o cümlədən daşınmaz əmlak məlumatları, avtomobil nəqliyyat məlumatları, əmək haqqı, pensiya, təqaüd və sair gəlirləri barədə sorğular icra məmuru tərəfindən göndərilmiş, heç bir məlumat aşkarlanmamışdır. Həmçinin Kürdəmir rayonu, Köhünlü Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışı alınaraq işə əlavə edilmişdir. Həmin arayışdan görünür ki, Kürdəmir rayonu, Sovla kənd sakini X4 məxsus avtomobili, torpaq və mal-qarası yoxdur. Bundan əlavə borclu X2 yaşadığı Kürdəmir rayonunun Sovla kəndində borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədi ilə baxış keçirilmiş, tələbin yönəldilə biləcək hər hansı dəyərli əmlakı aşkar olunmamış, bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib edilərək işə əlavə edilmişdir. Akta əlavə edilmiş fotoşəkillərdə borclunun çətin şəraitdə yaşadığı görünür. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Beləliklə, Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “İcra sənədinin geri qaytarılması qərarında hər hansı qanun pozuntusu müəyyən olunmur. Tələbkarın ərizədə göstərdiyi hallar icra sənədinin geri qaytarılması haqqında qərarın ləğv edilməsi üçün əsas deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 xx.xx.2025-ci il tarixli “İcra sənədinin geri qaytarılması” haqqında qərarından iş üzrə tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №8(041)-214/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-214/2025
17.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver