Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-219/2025 18.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimata məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 təqdimatla məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-59/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün xx.xx.2023cü il tarixdən başlayaraq iddiaçı Borclu sabit pul məbləğində hər ay hər bir uşaq üçün 180 (bir yüz səksən) manat aliment tutularaq cavabdeh X3 ödənilməsi qət edilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə icra olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında icra məmurunun təqdimatına məhkəmə iclasında baxılır. Təqdimata baxılmasının yeri və vaxtı barədə Borclu, tələbkar Məcidova (Şahin) Ləman Hakim qızına və Kürdəmir rayon icra və probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq hesab edir ki, Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 tərəfindən verilmiş təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş Kürdəmir Rayon Məhkəməsinin 2(041)-59/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün xx.xx.2023-cü il tarixdən başlayaraq iddiaçı Borclu sabit pul məbləğində hər ay hər bir uşaq üçün 180 (bir yüz səksən) manat aliment tutularaq cavabdeh X3 ödənilməsi qət edilmişdir. Hazırki vəziyyətdə icra sənədi üzrə Borclu tələbkar Məcidova (Şahin) Ləman Hakim qızına nə qədər ödənilməmiş borcu olduğu göstərilməmiş və bu halı təsdiq edən heç bir sübut işə əlavə edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Hazırki iş üzrə də, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-59/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinin Borclu tərəfindən üzürlü səbəb olmadan icra edilmədiyi öz təsdiqini tapmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kürdəmir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Kürdəmir Rayon Məhkəməsinin 2(041)-59/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: XALİQ İMANOV
Məhkəmə qərarları › İş №8(041)-219/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-219/2025
18.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver