Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-223/2025 19.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, X1 tərəfindən icra məmurunun qərarından verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X1 xx.xx.2025-ci il tarixdə məhkəməyə şikayət verərək Kürdəmir Rayon İcra və Probasiya şöbəsinin işin icra olunması ilə bağlı icraata xitam verilməsi qərarını ləğv edib, işi yenidən icra olunması üçün İcra və Probasiya şöbəsinə qaytarılmasını xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, X1 tərəfindən məhkəməyə ünvanlanmış şikayət qanunvericiliklə müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməmişdir. O, icra məmurunun qərarından şikayət versə də, icra məmurunun adı, mübahisələndirdiyi qərarın nömrəsi və tarixini qeyd etməmiş, həmçinin həmin qərarı şikayətə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. MPM-nin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona edilmiş əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152-ci və 268-ci maddələrinə əsasən Q Ə R A R A A L D İ M: X1 tərəfindən icra məmurunun qərarından verilmiş şikayət geri qaytarılsın. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №8(041)-223/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-223/2025
19.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver