Məhkəmə qərarları › İş №8(041)-26/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-26/2025

03.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-26/2025 03.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3 Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İcra sənədi üzrə Borclu iştirakı ilə, əmlak üzərində qoyulmuş həbsin götürülməsi barədə təqdimata məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İcra sənədi üzrə Borclu mülkiyyətində olan «VAZ 21063» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində qoyulan həbsin götürülməsi haqqında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-849/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 1905,67 manat tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məcburi icra hərəkətləri zamanı tələbin təmin edilməsi məqsədilə Kürdəmir Rayon Məhkəməsinin 8(041)-104/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus olan VAZ 21063 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-849/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 1905,67 manat borcunu "xxxx" ASC-nin bank hesabına tam şəkildə ödənildiyini bildirərək, görülmüş məcburi icra tədbirlərinin ləğv edilməsini və icra sənədinin məhkəməyə geri qaytarılmasını barədə ərizə ilə şöbəyə müraciət etmişdir. Həmçinin borclu ərizə ilə şöbəyə müraciət edərək, həmin nəqliyyat vasitəsinin onun yeganə gəlir yeri olduğunu bildirərək, avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Belə olan halda Borclu məxsus olan VAZ 21063 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini məqsədə müvafiq hesab edilmişdir. İcra sənədi üzrə Borclu izahatında bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 849/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin xeyrinə 1905,67 manat ödəmiş, tələbkar icra sənədinin məhkəməyə geri qaytarılması barədə ərizə ilə şöbəyə müraciət etmişdir. Üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsi onun yeganə gəlir yeri olduğunu nəzərə alaraq, avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etdi. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-849/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1905,67 manat tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə 1905,67 manat borcunu "xxxx" ASC-nin bank hesabına tam şəkildə ödəniş etmişdir. Borclu ilə tələbkar arasında razılıq əldə olunmuş, bu səbəbdən icra sənədinin geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu mülkiyyətində olan «VAZ 21063» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində qoyulan həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(041)-104/2024 nömrəli qərardadı ilə Borclu mülkiyyətində olan «VAZ 21063» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində qoyulan həbs götürülsün. Qərardadın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar