Məhkəmə qərarları › İş №8(041)-27/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-27/2024

15.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-27/2024 15.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Borclu X5, tələbkar X4 və Kürdəmir rayon İcra və probasiya şöbəsinin icra məmuru, X6 iştirakı ilə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1759/2023 №-li icra sənədi üzrə icraata xitam verilməsi haqqında təqdimatına Kürdəmir şəhəri,H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1759/2023 №-li icra sənədi üzrə icraata xitam verilməsi haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İcra məmuru Ruslan Əsgərov təqdimatı əsaslandıraraq bildirdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1759/2023 №-li icra vərəqəsinə əsasən göstərilmiş əmlaklar,əmlaklar olmadıqda isə onların dəyəri 10104 manat pul və 70,31 manat ödənilmiş dövlət rüsumu borclular X5 və Borclu2 alınraq tələbkar X3 verilməsi qət edilmişdir. İcra səədi xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başnılması barədə qərar qəbul edilərək borcluya tələbin icrası üçün 10 gün vaxt verilmişdir. Lakin iş üzrə tələbkar X4 xx.xx.2024-cü il tarixdə ərizə ilə ilə mürciət edərək borclu ilə barışdığını və tələbdən imtina etdiyini bildirmiş və icra sənədi üzrə icraata xiitam verilməsini xahiş etmişdir. Odur ki, tələbkarın ərizəsini nəzərə alaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1759/2023 №-li icra sənədi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında borclu X5 bildirdi ki, onlar barışmışlar və hazırda bir yerdədirlər. Odur ki, icra sənəd üzrə icraata xitam verilməsini xahiı etdi. Məhkəmə iclasında tələbkar X4 izahatında göstərdi ki, onlar artıq barışmışlar. Odur ki, icra sənədi üzrə icraata xitam verilməsini xahiş edərək bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə təqdimatı, icra məmurunu, borclunu və tələbkar və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli və Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1759/2023 №-li icra işi üzrə icraata xitam verilməlidir. X1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o,tələbdən imtina etmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə görə tələbkarın tələbindən imtinası qəbul edildikdə icraata xitam verilə bilər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə icra məmurunın təqdimatı əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri icra məmurunun təqdimaına əsasən həll edilir. Həmin məcəllənin 231.4-cü maddəsinə görə icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 231 , 263, 264, 266, 269-cu maddələrini rəhbər tutaraq ,məhkəmə QƏRARA ALDİ : Təqdimat təmin edilsin. Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1759/2023 №- icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qəraradadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar