Məhkəmə qərarları › İş №8(041)-28/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-28/2025

05.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-28/2025 05.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X14 Xalıq oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 Kürdəmir rayon Məhkəməsinin 2(041)-757/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məcburi gətirilməsi haqqında təqdimatına məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 rayon Məhkəməsinin 2(041)-757/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məcburi gətirilməsi haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Kürdəmir rayon məhkəməsinin 2(041)-757/2023 saylı, xx.xx.2023-cü il tarixli təyin edilmiş alimentin miqdarı dəyişdirilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Tələbkar cavabdeh Borclu birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X8 atası Borclu alınaraq anası Tələbkar verildiyi vaxtdan başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X1 üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh Borclu hər ay hər uşağa görə sabit pul məbləğində 170 manat olmaqla, cəmi 340 manat aliment tutularaq Tələbkar ödənilməlidir. İcra məmuru tərəfindən icra sənədinin icrası ilə əlaqədar Borclu müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, Borclu icra məmurunun çağırışına gəlməkdən yayınıb. Hazırda icra sənədləri üzrə borclunun 1000 manat aliment borcu vardır. Borclunun icra məmurunun qanuni tələblərini yernə yetirməkdən qərəzli olaraq yayındığı bildirilir. Təqdimata baxılmasının yeri və vaxtı barədə Borclu və Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X4 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktublarından və bildirişdən görünür ki, icra sənədi üzrə borcu Borclu icra məmurunun çağırışına gəlməkdən yayınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə görə icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Hazırki iş üzrə də, Kürdəmir rayon Məhkəməsinin 2(041)-757/2023 saylı, xx.xx.2023-cü il tarixli sənədləri üzrə Borclu icra sənədinin icrası ilə bağlı Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilməsi, lakin heç bir əsas olmadan icra məmurunun çağırışına gəlmədiyi işdə olan sənədlərlə təsdiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Kürdəmir rayonu, Böyük Kəngərli Ə/D, Bağman kəndində qeydiyyatda olan, Kürdəmir rayon Məhkəməsinin 2(041)-757/2023 saylı, xx.xx.2023-cü il tarixli sənədləri üzrə borclu xx.xx.1986-cı ildə anadan olmuş Bayramov X5 rayon icra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar