Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-29/2024 16.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 və tələbkar X5 iştirakı ilə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-917/2023 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi haqqında təqdimatına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-917/2023 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X3 təqdimatı əsaslandıraraq bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-917/2023 nömrəli icra vərəqəsinə əsasən Borclu hər ay 300 manat miqdarında aliment tutularaq X7 ödəniməsi qət edilmişdir.İcra sənədi xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra hərəkətləri zamanı tələbkar X8 xx.xx.2024-cü il tarixdə ərizə ilə Kürdəmirr rayon İcra və Probasiya şöbəsinə müraciət edərək alimentdən imttina etiyini bildirmişl və həmin icra işinə xitam verilməsini xahiş etmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-917/2023 saylı icra sənədi üzrə icraata xitam verilməklə təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X8 izahatında göstərdi ki, o, Borclu ilə rəsmi qayda evlənmişdir. Aralarında olan razılaşmaya görə Sahil ona torpaq sahəsi almalı və o da ailentdən imtina etməli idi. O, aralarında olan razılaşmaya görə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə gəlmiş və alimentdən imtina etmişdir. Bundan sonra Borclu aralarında olan razılaşmanı pozmuş və torpaq sahəsi almamışdır. Hesab edir ki, Borclu onu aldatmışdır. Odur ki, təqdimatın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu lazimi qaydada məlumat verilməsiə baxmayaraq, o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra və probasiya şöbəsinin icra məmuru X2 və X5 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Məhkəmə araşdırılması müəyyən edildi ki, tərəflər arasında rəsmi nikah olmuşdur. Borclu qanunla müəyyən edilmiş alimenti vaxtında və ya kəsrlə ödədiyi üçün onun aliment borcu yaranmış, aliment borcunundan imtina edilməsi müqabilində o, tələbkara torpaq sahəsi alacağına şöz verərək aralarıda razılaşma əldə olunmuşdur. Tələbkar alimentdən imtina etdkdən sonra aralarında olan razılaşmanı pozduğu üçün tələbkar da alimentin ödənilməsini xahiş edərək icra sənədinin xitam olunması barədə təqdimatın rədd edilməsini xahiş etmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda həmin icra sənədi üzrə icraata xitam verilməsinə əsas yoxdur. Ona görə də, təqdimat təmin rədd edilməli və icra tədbirləri davam etdirilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə görə tələbkarın tələbindən imtinası qəbul edildikdə icraata xitam verilə bilər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə icra məmurunın təqdimatı əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri icra məmurunun təqdimaına əsasən həll edilir. Həmin məcəllənin 231.4-cü maddəsinə görə icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Kürdəmir rayon İcra və Pprobasiya şöbəsinin icra məmuru X2 Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-917/2023 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi haqqında təqdimatı təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №8(041)-29/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-29/2024
16.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver