Məhkəmə qərarları › İş №8(041)-31/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-31/2025

10.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-31/2025 10.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimata məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 təqdimatla məhkəməyə müraciət edərək, Kürdəmir rayon Məhkəməsinin 2(041)-97/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-97/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə xx.xx.1990-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Tələbkarnın xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasına xx.xx.2024-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İcra sənədi icrası ilə əlaqədar borcluya müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, hal-hazıra kimi borclunun ödənilməmiş 4350 manat borcu mövcuddur. Aparılmış icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Onlarda olan məlumata görə borclu ölkə ərazisini tərk edərək başqa ölkələrə gedir. İcra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması məqsədə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında icra məmurunun təqdimatına məhkəmə iclasında baxılır. Təqdimata baxılmasının yeri və vaxtı barədə Borclu və Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. 9.2. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. 9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 9.3.6. məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Hazırki iş üzrə də, Kürdəmir rayon Məhkəməsinin 2(041)-97/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin Borclu tərəfindən üzürlü səbəb olmadan icra etmədiyi, icra sənədlərinin icrası ilə bağlı görülmüş icra tədbirlərinin isə heç bir nəticə vermədiyi işdə olan sənədlərlə təsdiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-97/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu, xx.xx.1990-cı il təvəllüdlü, Kürdəmir rayonu Ərşəli kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar