Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-39/2025 17.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, X2 Borclu Cavabdeh iştirakları ilə İcra sənədi üzrə X2 alimentin indeksləşdirilməsi və uşağın 3 yaşına çatana kimi qulluq edilməsinə görə Cavabdeh 150 manat tutularaq ona ödənilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-2299/2024 saylı qətnaməsi ilə iddiaçı X3 Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə tələbkar X6 ərizə ilə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-2299/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin 2025-ci il üçün minimum əmək haqqına uyğun indeksasiya olunmasını və uşağın 3 yaşına çatana kimi qulluq edilməsinə görə Cavabdeh 150 manat tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X6 ərizədə göstərilən xüsusatları təsdiq edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Borclu Rəsulov X7 regional poçt filialında işləyərək 367 manat əmək haqqı aldığını, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-2299/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya edilməsinə etiraz etmədiyini, uşağın 3 yaşına çatana kimi qulluq edilməsinə görə ondan əlavə olaraq 150 manat tutulmasına etiraz etdiyini bildirdi. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər və əlavələr edilmişdir. Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Qərarın 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikasın Prezidentinin sərəncamına əsasən 2024-cü il üçün minimum əmək haqqı 345 manat müəyyən edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-2299/2024 saylı qətnaməsi ilə aliment sabit pul məbləği ilə hər ay 170 manat müəyyən edilmişdir. Yuxarıda adı çəkilən Qərarın 8.4-1-ci bəndinə əsasən 170 manat həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,49 mislini (345 x 0,49 = 170 manat) təşkil edəcəkdir. Beləliklə, qərardad qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qərarın 8.9-1-ci yarımbəndinə müvafiq olaraq Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət MPM-in 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında MPM-in 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. Qərarın 8.11-1-ci yarımbəndinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Ona görə də, indeksasiya edilən aliment hazırki qərardad qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. Uşağın 3 yaşına çatana kimi qulluq edilməsinə görə Cavabdeh əlavə olaraq 150 manat tutularaq ona ödənilməsi hissəsində isə məsələyə icra icraatı qaydasında yox, iddia icraatı qaydasında baxılmalı olduğuna görə həmin hissədə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cümaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-2299/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilərək, qərardad qanuni qüvvəyə mindiyi gündən başlayaraq, yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində sabit pul məbləğində aliment tutulsun. Uşağın 3 yaşına çatana kimi qulluq edilməsinə görə Cavabdeh əlavə olaraq 150 manat tutularaq X5 ödənilməsi hissəsində icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №8(041)-39/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-39/2025
17.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver