Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-40/2025 08.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 təqdimatla məhkəməyə müraciət edərək, tələbin borclunun əmlakına yönəldilməsi üçün Borclu adına olan, «QAZ 2705 YÜK» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(041)-1159/2024 saylı icra sənədinə əsasən Borclu 5070.4 manat pul tutularaq Tələbkar ödənilməlidir. Qərar Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş, lakin icra sənədi bu günə kimi icra edilməmişdir. Hazırda borclunun icra sənədi üzrə borcu 5070.4 manat təşkil edir. Elektron icra sistemindən əldə olunmuş çıxarışdan müəyyən edilmişdir ki, borcu Borclu adına «QAZ 2705 YÜK» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdan keçmişdir. Tələbin sözügedən əmlaka yönəldilməsi üçün üzərinə həbs qoyulması məqsədəuyğun hesab edilmişdir. Təqdimata baxılmasının yeri və vaxtı barədə Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2, Borclu və Tələbkar məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(041)-1159/2024 saylı icra sənədinə əsasən Borclu 5070.4 manat pul tutularaq Tələbkar ödənilməlidir. Borclu şəxsi kartoçkasının DİN-in verdiyi avtomobil nəqliyyat məlumatlarında onun adına «QAZ 2705 YÜK» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması qeyd edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-1159/2024 saylı icra sənədi üzrə Borclu adına olan «QAZ 2705 YÜK» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №8(041)-40/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-40/2025
08.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver