Məhkəmə qərarları › İş №8(041)-45/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-45/2025

01.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-45/2025 01.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi ilə, İcra sənədi üzrə Tələbkar aliment məbləğinin indeksasiyası barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-268/2023 saylı qətnaməsi ilə iddiaçı Tələbkar iddiası təmin edilmiş, tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay sabit pul məbləği ilə 150 (bir yüz əlli) manat miqdarında aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh ilə rəsmi nikahlarından xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)- 268/2023 saylı qətnaməsi ilə tutulan alimentin müvafiq hissəsində pul məbləğinin indeksasiya üzrə minimum əmək haqqına uyğun müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar və borcluya lazimi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəmə iclasına gəlməişlər. Məhkəmə ərizəyə onların iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər və əlavələr edilmişdir. Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Qərarın 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikasın Prezidentinin sərəncamına əsasən 2020-ci il üçün minimum əmək haqqı 345 manat müəyyən edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-268/2023 saylı qətnaməsi ilə aliment sabit pul məbləği ilə hər ay hər uşağa görə 150 manat müəyyən edilmişdir. Yuxarıda adı çəkilən Qərarın 8.4-1-ci bəndinə əsasən 150 manat həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,44 mislini təşkil edəcəkdir. Beləliklə, yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin minimum əmək haqqının 0,44 misli həddində sabit pul məbləğində tutulması qərardad qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır. Qərarın 8.9-1-ci yarımbəndinə müvafiq olaraq Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət MPM-in 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında MPM-in 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cümaddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh Tələbkar xeyrinə sabit pul məbləğində tutulan 150 manat alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli həddində indeksasiya olunsun. Aliment məbləğinin indeksasiyası qərardad qanuni qüvvəsini aldıqdan sonra tətbiq edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar