Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-5/2025 06.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X12 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1318/2024-007 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi barədə icra məmurunun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1318/2024-007 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi barədə təqdimat ilə məhkəməyə müraciət etmişdir. Təqdimata Azərbaycan Respublikası MPM-in 231-ci maddəsinə müvafiq qaydada baxılmışdır. Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Məhərrəm Şirnalıyev təqdimatını onunla əsaslandırmışdır ki, Kürdəmir Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(041)-1318/2024 saylı icra sənədinə əsasən borclu X2 hər ay uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata qəbul olunmuşdur. Borclu barəsində məcburi icra tədbirləri görüldükdən sonra tələbkar X8 qızı Kürdəmir rayon İcra və Probasiya şöbəsinə ərizə təqdim edərək aliment tələbindən imtina etdiyini və icra sənədinin icraata xitam verilməsini xahiş etmişdir. Tələbkar tələbdən imtinası icra məmuruna xitamla bağlı “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qərar qəbul etməsi imkanı yaratmır. Odur ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1318/2024-007 saylı icra sənədi üzrə tələbkar X5 tələbdən imtinasının qəbul edilməsi və icraata xitam verilməsi barədə məsələsinə baxaraq müvafiq qərar qəbul etməyinizi xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə, tələbkara və borcluya lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimatın təmin edilməsi qənaətinə gəlir. Belə ki, təqdimata əlavə edilmiş Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1318/2024-007 saylı icra sənədinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməlidir. Təqdimata əlavə edilmiş ərizənin surətindən görünür ki, X1 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1318/2024 saylı icra sənədi üzrə borclu X2 heç bir şikayətinin olmadığını, tələbindən imtina etdiyini bildirmiş və icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinin tələbinə görə, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tələbkarın tələbdən imtina etməsi özünün subyektiv hüququ olduğundan, tələbkarın tələbdən imtinası qəbul edilərək, icra sənədi üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, məhkəmə, icra sənədi üzrə icraata xitam verilməsi haqqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə "İcra Haqqında" Azərbaycan Respublikası Qanunun 20.1.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, tələbkar X5 tələbdən imtinası qəbul edilərək, icra sənədi üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü və 266-268-ci maddələri rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1318/2024-007 saylı icra sənədi üzrə tələbkar X5 tələbdən imtinası qəbul edilsin. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1318/2024-007 icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №8(041)-5/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-5/2025
06.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver