Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-69/2024 19.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və Kürdəmir rayon İcra və Probasıya şöbəsinin icra məmuru X1 iştirakı ilə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Kürdəmir rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş təqdimata Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-(041)-1821/2023 saylı icra vərəqənin icra olunmasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İcra məmuru təqdimatı əsaslandıraraq göstərdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-(041)-1821/2023 saylı icra vərəqəsinə əsasən Borclu 18985,56 manat alınaraq tələbkar ”Kapital Bank” ASC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü-ci il tarixdə icra sənədinin icrasına başlanılmış və qanuna müvafiq qaydada borcluya tələbin könüllü icrasına ilə bağlı bildiriş göndərilmışdir. Borclunun əmlak və maliyyə vəziyyətinin yoxlanılması üçün müvafiq orqanlara sorğu verilmiş, lakin sorğuya alınan cavablarda Borclu adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Bundan sonra İcra və Probasiya şöbəsi tərəfindən borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, icranı könüllü təmin etməmışdir. Borclu icra sənədini icra etməkdən müxtəlif bəhanələrlə yayınır. Onun 18985,56 manat borcu qalmışdır. Borclu ölkə hüdudlarından kənara çıxmaq ehtimalı vardır. Odur ki, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə icra məmurunun izahatını dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Kürdəmir rayonu Şilyan kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimat təmin olunmalıdır. İcra haqqında Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsində göstərilir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında icra məmurunun təqdimatına məhkəmə iclasında baxılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264,266-269-cu maddələrini rəhbər rəhbər tutaraq , məhkəmə QƏRARA ALDİ : Təqdimat təmin edilsin. Kürdəmir rayonu Şilyan kəndində qeydiyyatda olan, Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-(041)-1821/2023 saylı icra sənədi üzrə borclu, Borclu ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qəraradadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №8(041)-69/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-69/2024
19.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver