Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-72/2025 22.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X10 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinin Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)- 495/2024 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsinə və iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-495/2024 saylı qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, X5 ilə X2 faktiki nikahlarından xx.xx.2017ci il tarixdə doğulmuş X3 və xx.xx.2020-ci il tarixdə doğulmuş X4 atasının 1963-cü il təvəllüdlü X2, anasının xx.xx.1987-ci il təvəllüdlü X1 olması müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyi məhkəməyə ərizə verərək, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(041)-495/2024 saylı qətnaməsinin qət etdi hissəsində bununla bağlı ətraflı məlumat və qətnaməni təmin edəcək qeydiyyat şöbəsinin qeyd edilmədiyi göstərmiş və qeyd edilən qətnaməsinin izah edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 230.4-cü maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinin ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişərsə və yeni qətnmə çıxarılarsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Məhkəmə qətnməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)- 495/2024 saylı qətnaməsinə əsasən, X5 ilə X2 faktiki nikahlarından xx.xx.2017-ci il tarixdə doğulmuş X3 və xx.xx.2020-ci il tarixdə doğulmuş X4 atasının 1963-cü il təvəllüdlü X2, anasının xx.xx.1987-ci il təvəllüdlü X1 olması qət edilmişdir. Həmin qətnamənin mətni və nəticəvi hisssəsi aydın və dəqiq tərtib edilmiş, hər hansı ziddiyyətli məsələ aşkar edilməmişdir. Eləcə də, ərizədə qətnamənin izah olunması xahiş olunan məsələnin həll edilməsi sözügedən məhkəmə qətnaməsinin genişləndirici təfsirinə səbəb ola bilər və qətnamənin məzmununun dəyişdirməsi ilə nəticələnə bilər. Ərizədə qeyd edilən məsələlərin qətnaməyə izah qaydasında həll edilməsi mümkün deyildir. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinin Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-495/2024 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinin Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)- 495/2024 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Ərizəçiyə izah olunsun ki, məhkəmə qətnaməsindən narazı olunduğu halda qanunla müəyyən olunmuş müddətdə və qaydada müfafiq apellyasiya məhkəməsinə şikayət verilə bilər. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №8(041)-72/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-72/2025
22.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver