Məhkəmə qərarları › İş №8(041)-89/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-89/2025

19.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-89/2025 19.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan Tələbkar Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1655/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin 2025-ci il üçün minimum əmək haqqına uyğun indeksasiya olunması barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1655/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin 2025-ci il üçün minimum əmək haqqına uyğun indeksasiya olunmasını xahiş etmişdir. Təyin edilmiş məhkəmə iclasına tərəflər gəlmədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, ərizəçi Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)- 1655/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin 2025-ci il üçün minimum əmək haqqına uyğun indeksasiya olunmasını xahiş etmiş və ərizəsinə əlavə etdiyi həmin qətnamə ilə Tələbkar ilə Borclu faktiki nikahlarından xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 atasının Borclu olması faktı müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər və əlavələr edilmişdir. Qərarın 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Tələbkar izah edilsin ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, həmin alimentin indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cümaddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Tələbkar Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1655/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin 2025-ci il üçün minimum əmək haqqına uyğun indeksasiya olunması barədə ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar