Məhkəmə qərarları › İş №8(041)-94/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-94/2025

07.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-94/2025 07.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Şahbazova Göyçək Kamil qızının katibliyi, Kürdəmir rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsinin icra edən, İ dərəcəli ədliyyə qulluqçusu X1 iştirakı ilə, Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında Kürdəmir rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 təqdimatla məhkəməyə müraciət edərək, tələbin borclunun əmlakına yönəldilməsi üçün iş üzrə Borclu yaşadığı Kürdəmir rayonunun Atakişili kəndində yerləşən fərdi yaşayış evində əmlakının həyətyanı sahəsində dəmir borulardan inşa edilmiş talvar üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(041)-570/2024-015 nömrəli icra sənədinə əsasən Borclu 12000 manat pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2024-ci il tarixdə Kürdəmir rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmiş və hər hansı bir əmlak aşkar olunmamışdır. Borclu yaşadığı Kürdəmir rayonunun Atakişili kəndində yerləşən fərdi yaşayış evində əmlak vəziyyətinə baxış keçirilərkən onun həyətyanı sahəsində dəmir borulardan inşa edilmiş talvar aşkar edilmiş və həmin talvar siyahıya alınmışdır. Məhkəmə iclasında iştirak edən Kürdəmir rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsinin icra edən, İ dərəcəli ədliyyə qulluqçusu X4 təqdimatı müdafiə edərək bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Odur ki, təqdimatın təmin olunmasını xahiş edir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Tələbkar izahatında bildirdi ki, hər dəfə borcunun geri qaytarmasını istəmiş, lakin o, hər dəfə müxtəlif bəhanələrlə geri qaytarmamışdır. Odur ki, təqdimatın təmin edilməsini xahiş etmişdir. Təqdimata baxılmasının yeri və vaxtı barədə Borclu məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən borclunun və təqdimat verən şəxsin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Kürdəmir rayonu, Atakişili kəndində yerləşən ümumi sahəsi 328,50 m2 , torpaq sahəsi 0,09 ha olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Borclu məxsusdur (qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi: **********) İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-570/2024 saylı icra sənədi üzrə Borclu könüllü icra müddətində icra sənədini təmin etməmişdir. Borc ödənilmədiyinə görə Borclu adına olan Kürdəmir rayonunun Atakişili kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən talvarın üzrənə həbs qoyulması məqsədə uyğun hesab edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-570/2024 saylı icra sənədi üzrə Borclu adına olan Kürdəmir rayonunun Atakişili kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir borulardan inşa edilmiş talvar üzərinə həbs qoyulsun. Qərardadın icrası Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: R.B.MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar