Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-100/2023 03.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1109/2022 saylı icra sənədi üzrə borclunun məcburi gətirilməsinə dair böyük icra məmuru Tural İsmayılovun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1109/2022 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Təqdimata Azərbaycan Respublikası MPM-in 231-ci maddəsinə müvafiq qaydada baxılmışdır. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1109/2022 saylı icra sənədinə əsasən Borclu 14830.56 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən – Gədəbəy rayonu, Sonalar kəndinə göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən xəbərdarlıqlara baxmayaraq icra və probasiya şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Bu günədək icra sənədi üzrə tələbi tam təmin edilməmişdir. Odur ki, icra məmuru Tural İsmayılov borclunun Gədəbəy rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat müəllifinə, borcluya və tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə təqdimat müəllifinin, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1109/2022 saylı icra sənədinə əsasən Borclu Gədəbəy rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1992-ci il tarixdə Gədəbəy rayonu, Sonalar kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayan Borclu məcburi qaydada Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №8(042)-100/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-100/2023
03.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver