Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-104/2022 13.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 iştirakları ilə, X1nın Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X1 Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi haqqında ərizə ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. X1 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il tarixdə doğulmuş Əminənin yetkinlik yaşına çatanadək, saxlanılması üçün X4 hər ay 120 manat aliment alınaraq, ona verilməlidir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmiş, lakin hazırki tarixədək həmin icra sənədi icra edilməmişdir. Ona görə də, şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə tələbkarın izahatını və təqdim edilmiş materialları araşdıraraq, belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1. və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Beləliklə, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il tarixdə doğulmuş Əminənin yetkinlik yaşına çatanadək, saxlanılması üçün X4 hər ay 120 manat aliment alınaraq, X5 verilməlidir. Hazırki tarixədək icra sənədi tam icra edilməmişdir. Lakin Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Ona görə də şikayət təmin edilməli, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilməsi haqqında qərarı ləğv edilməli və icra edilməsi üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMin 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilsin. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarı ləğv edilsin. Qərar icra edilməsi üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-104/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-104/2022
13.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver