Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-109/2023 24.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsənin xx.xx.2023-cü il tarixli, 2(042)-534/2023-003 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyənetdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsənin xx.xx.2023-cü il tarixli, 2(042)-534/2023-003 saylı icra sənədi üzrə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verərək, bildirmişdir ki, borclu borcunu tam ödəmişdir. Ona görə təqdimatın təmin edilməməsini xahiş edir. İşdə olan ödəniş qəbzindən görünür ki, Borclu 1200 manat ödəniş etmişdir. Borcluya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-cı maddəsinə əsasənə, məhkəmə qərarları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, icra sənədi üzrə Borclu borcunu tam ödəmişdir. Ona görə də təqdimat təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-109/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-109/2023
24.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver