Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-111/2025 15.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi X3nın iştirakı ilə X3nın alimentin indeksasiya edilməsi haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 xx.xx.2011-ci il tarixdə doğulmuş X10 və xx.xx.2012-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşma çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(042)-41/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə 110 manat iki uşağa 220 manat alimentin miqdarının ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı məbləğinin 0.65 misli həddində indeksasiya edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X3 ərizəsini müdafiə etmiş izahat verərək, bildirmişdir ki, cavabdeh X11 ilə 2012-ci ildə ailə qurmuşlar.Birgə ailə müanasibətlərindən xx.xx.2011-ci il tarixdə X10 və xx.xx.2012-ci il tarixdə X9 doğulmuşlar.Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 110 manat, cəmi, 220 manat alimentin X7 alınaraq, ona verilməsi qət edilmişdir.Hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması zərurəti yaranmışdır. Ona görə də ərizəsinin təmin edilməsini xahiş edir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(042)-41/2018 saylı Qətnaməsindən görünür ki, xx.xx.2011-ci il tarixdə doğulmuş X10 və xx.xx.2012-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxılanılması üçün hər ay hər uşaq üçün 110 manat iki uşaq üçün, cəmi, 220 manat alimentin X7 alınaraq, X5 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasinin MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “20 dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarnın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2018-ci il yanvarın 1-dən etibarən minimumum aylıq əmək haqqının məbləği 130 manat, 1 yanvar 2025-ci il tarixdən isə 400 manat miqdarında müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(042)-41/2018 saylı qətnaməsi ilə xx.xx.2011-ci il tarixdə doğulmuş X10 və xx.xx.2012-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X7 hər ay hər uşaq üçün 110 manat, iki uşaq üçün 220 manat sabit pul məbləğində,yəni, həmin il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.84 misli miqdarında alimentin alınaraq, X5 verilməsi qət edilmişdir. Hazırda minimum əməkhaqqının məbləği 400 manatdır. Ona görə də ərizə qismən təmin edilməli, xx.xx.2011-ci il tarixdə doğulmuş X10 və xx.xx.2012-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün, sonrakı artırılmalar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minumum əməkhaqının 0.65 misli qədər aliment X7 alınaraq, X5 verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilsin. xx.xx.2011-ci il tarixdə doğulmuş X10 və xx.xx.2012-ci il tarixdə doğulmuş X1 üçün X2 artırılmalar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0.65 misli həddində aliment alınaraq, X5 verilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-111/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-111/2025
15.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver