Məhkəmə qərarları › İş №8(042)-113/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-113/2025

15.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-113/2025 15.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi ilə tələbkar X2 Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayət onunla əsaslandırmışdır ki, borclu onu aldtmış, icra məmuru onun ərizəsinə əsasən 26 noyabr 2024-cü il tarixdə əsassız olaraq, icra sənədini geri qaytarmışdır. Ona görə də Maraqlı şəxs 26 noyabr 2024-cü il tarixli qərarının ləğv edilərək, yenidən icraya yönəldilməsini məhkəmədən xahiş edir. Borcluya və Maraqlı şəxs icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə borclunun və icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan İcra Sənədinin Qaytarılması haqqında Gədəbəy Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli qərarından göünür ki, icra sənədi geri qaytarılmışdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1. və 23.1.1-ci maddələrinə əsasən qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Beləliklə, Maraqlı şəxs icra məmuru Səbuhi Hüseynov 26 noyabr 2024-cü il tarixdə icra sənədinin geri qaytarılması barədə qərar çıxarmışdır. Tələbkar 07 iyul 2025-ci il tarixdə məhkəməyə ərizə verərək, borclunun onu aldatdığını bildirmiş, Maraqlı şəxs qərarının ləğv edilərək, yenidən icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Ona görə də şikayət təmin edilməli, Maraqlı şəxs 26 noyabr 2024-cü il tarixli icra sənədinin geri qaytarılması barədə qərarı ləğv edilməli və icra sənədi yenidən icraya yönəldilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Maraqlı şəxs icra məmuru Səbuhi Hüseynovun 26 noyabr 2024-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icraat davam etdirilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar