Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-116/2024 09.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Borclu iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-246/2021 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-246/2021 saylı saylı icra sənədi üzrə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-91/2023 saylı qərardadı ilə təqdimatın təmin olunması, xx.xx.1980-cı il tarixdə Gədəbəy rayonu Maarif kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti – məhkəmə qərarı icra olunanadək məhdudlaşdırılması qərara alınmışdır. Borclu Əliyev X1 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-91/2023 saylı qərardadından şikayət verərək, Gədəbəy rayon icra və probasiya şöbəsinin icra məmurunun təqdimatı əsasında qəbul edilmiş Gədəbəy Rayon Məhkəməsinin 8(042)- 91/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv olunması məsələsinə baxılmasını xahiş etmişdir. Şikayətçi Borclu şikayətini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-246/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən yol nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin və ödənilmiş dövlət rüsumu cəmi 5030 manat ondan alınaraq tələbkar “MEQA Sığorta’’ ASC-yə ödənilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu iul tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bir neçə ay öncə azadlığa buraxıldıqdan sonra Gədəbəy rayon İcra və Probasiya şöbəsinə dəvət edildikdən sonra bilmişdir ki, "xxxx" ASC-nə 5030 manat ödənişlə bağlı Gədəbəy Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilib və izahatında cəzaçəkmə müəssisəsindən təzə çıxdığından həmin qətnamənin icrasını dərhal icra edə bilmədiyini, lakin icra sənədində göstərilən məbləği hissə-hissə ödəyəcəyinə söz vermişdir və hazırki tarixədək 300 manat ödəniş etmiş, həmçinin hər ay ödənişləri davam edəcədir. Məhkəmə qətnaməsinin dövlət adından çıxarıldığını və icrası məcbur olduğunu, tərəfindən icra olunmadığı halda inzibati və cinayət məsuliyyəti daşıyacağı ona izah edilmişdir. O, cəzaçəkmə müəssisəsində cəza çəkərkən icra məmurunun təqdimatı ilə Gədəbəy Rayon Məhkəməsinin 8(042)-91/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Lakin onun ailəsi Rusiya Federasiyasında yaşayır belə ki, arvadı X4 Rusiya Federasiyası vətəndaşıdır. Həmçinin onun işi və qazanc yeri həmişə ailəsinin yanında olmuşdur. Hazırda barəsində ölkədən getmək hüququnun məhdudlaşdırıldığı üçün ailəsinin yanına gedə bilmir və ailə daxili problemlər yaranır. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(042)-116/2024 saylı qərardadı ilə, şikayətin təmin edilməsi, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-91/2023 saylı qərardadının ləğv edilməsi və Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqimatına baxılması 09 sentyabr 2024-cü il tarixə, saat 17:00-a təyin edilməsi qərara alınmışdır. Borclu məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara və təqdimat müəllifinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-246/2021 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı əsassız olduğundan rədd edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə qeyd edir ki, qeyd edilən icra haqqında qanunun müvafiq normasına əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas yaranır və icra orqanı tərəfindən təqdimatla məhkəməyə müraciət edilir. Təqdimata tələbin könllü icrası ilə bağlı xx.xx.2021-ci il tarixli bildiriş əlavə edilsə də, həmin bildirişin borcluya göndərilməsi və ya təqdim edilməsi barədə hər hansı sənəd məhkəməyə daxil olmamışdır. Bildiriş üzərində borclu tərəfindən qəbul edilməsi barədə qeyd aparılaraq imza edilsə də, hər hansı tarix qeyd edilməmişdir. Həmçinin borclu qərardad qəbul edilən zaman həbsdə olduğunu bildirmişdir. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-246/2021 saylı icra sənədi üzrə borclunun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynovun təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №8(042)-116/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-116/2024
09.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver