Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-117/2023 01.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, X2nın Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu X1 Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi haqqınnda ərizə ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizənin məhkəmə icraatına götürülməsi məsələsinə baxılarkən müəyyən edilmişdir ki, X1 Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından şikayət vermə müddətini ötürmüşdür. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, X3 Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair qərarından şikayəti geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-117/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-117/2023
01.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver