Məhkəmə qərarları › İş №8(042)-118/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-118/2023

14.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-118/2023 14.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, X3, X1 və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakı ilə, X3nın Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu X2 Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında dair qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi haqqında ərizə ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. X3 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsinə əsasən 220 manat məbləğində alimentin ona verilməsi qət edilmişdir. Daha sonra qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. O, X8 ilə barışmışdır. Şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahat verərək bildirmişdir ki, şikayətin təmin edilməməsini xahiş etmişdir. X1 məhkəmə iclasına izahat verərək borclunun ərizəsinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə borclunun və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatını və təqdim edilmiş materialları araşdıraraq, belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1. və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Beləliklə, şikayət təmin edilməmlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar