Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-120/2024 23.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynovun və Borclu iştirakları ilə, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-601/2024 saylı qətnaməsi və xx.xx.2024-cü il tarixli, 2(042)- 601/2023 qərardadına izah verilməsinə dair ərizəsinə və iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-601/2023 saylı qətnaməsi ilə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 fevral 2006-cı il tarixli, 01 nömrəli qərarı ilə verilmiş, JN-182 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında Tələbkar və onun ailə üzvlərinə məxsus olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 1.15 ha torpaq sahəsinin 0.18 ha hissəsindən (istifadə etdikləri hissəsindən) cavabdehlər X3 və X4, 0.10 ha hissəsindən cavabdeh Borclu çıxarılması və iddiaçı Tələbkar həmin torpaq sahəsindən istifadəsinə cavabdehlər X3, X4 və Borclu tərəfindən yaradılan hər cür maneələr aradan qaldırılması qət edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-601/2023 saylı qərardadı ilə qətnamənin nəticə və əsaslandırıcı hissəsində Borclu JN-182 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında Tələbkar və onun ailə üzvlərinə məxsus olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 1.15 ha torpaq sahəsindən çıxarılmalı olduğu hissə kimi qeyd edilmiş “0.10 ha” ifadəsi “0.1645 ha” kimi oxunması və qəbul edilməsi qərara alınmışdır. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov məhkəməyə ərizə verərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-601/2023-013 nömrəli, xx.xx.2023-ci il tarixli icra vərəqəsi və Gədəbəy Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli düzəliş qərardadına izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov məhkəmə iclasında ərizəni müdafiə etdi və izahat verərək bildirdi ki, iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 2(042)-601/2023-013 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən iş üzrə Gədəbəy rayon Aqrar islahat Komissiyasının 05 fevral 2006-cı il tarixli, 01 nömrəli qərarı ilə verilmiş, JN-182 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair" Dövlət aktı əsasında Tələbkar və onun ailə üzvlərinə məxsus olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 1.15 ha torpaq sahəsinin 0.18 ha hissəsindən (istifadə etdikləri hissəsindən) cavabdehlər X1 və X2, 0.10 ha hissəsindən cavabdeh Borclu çıxarılması və iddiaçı Tələbkar həmin torpaq sahəsindən istifadəsinə cavabdehlər X3, X4 və Borclu tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması qət edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-601/2023-013 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədi xx.xx.2022-ci il tarixdə Gədəbəy rayon icra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlanılmışdır. Məhkəmə qərar üzrə X3 və X4 tərəfindən zəbt olunmuş torpaq sahələri icra prosesi zamanı alınaraq Tələbkar təhvil verilmişdir, lakin digər borclu Yaşa Orucovya aid hissədə hələ də icra sənədi icra olunmamışdır, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-601/2023-013 nömrəli, xx.xx.2023-ci il icra sənədinə Gədəbəy Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixdə düzəliş qərardadı verilərək “0.10 ha “ifadəsi “0.1645 ha” kimi oxunması haqqında qərar qəbul edilmişdir. İcra vərəqəsi ilə, yalnışlığın düzəlməsi haqqında qərarda tərəflər arasında mübahisələrin aradan qaldırlması üçün məhkəməyə izah verilməlidir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov məhkəmə iclasında eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 230.4-cü maddəsinə əsasən, məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynovun ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişərsə və yeni qətnmə çıxarılarsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Məhkəmə qətnməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. İş materiallarından görünür ki, ərizə vermiş şəxsin izah verilməsini tələb etdiyi məsələ ilə bağlı Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-601/2024 saylı qətnaməsi və xx.xx.2024-cü il tarixli, 2(042)-601/2023 qərardadının mətnində aydın şəkildə əks olunmuşdur. Belə ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-601/2024 saylı qətnaməsi və xx.xx.2024-cü il tarixli, 2(042)-601/2023 qərardadından şikayət verilməmiş və məhkəmə qərarları qanuni qüvvəsini almışdır. İzah verilməli olan məsələ məhkəmə qərarları ilə aydın şəkildə əks olunduğundan məhkəmə hesab edir ki, qeyd olunan məsələylə bağlı izah verilməsinə zərurət yoxdur. Odur ki, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)- 601/2024 saylı qətnaməsi və xx.xx.2024-cü il tarixli, 2(042)-601/2023 qərardadına izah verilməsinə dair ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-601/2024 saylı qətnaməsi və xx.xx.2024-cü il tarixli, 2(042)- 601/2023 qərardadına izah verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №8(042)-120/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-120/2024
23.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver