Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-121/2024 26.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynovun və X1 iştirakları ilə, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından iş üzrə X2 tərəfindən verilmiş şikayətə və iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-521/2021 saylı qətnaməsinə əsasən, Gədəbəy rayonu, İnəkboğan kənd ərazisində olan “Yeddi evlər” adlanan ərazidə yerləşən su anbarına cavabdehlər X13, X5 və X3 tərəfindən edilən hər cür maneələrə son qoyulması və dağılmış həmin su anbarının bərpa edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(042)-200/2021 saylı qərardadına əsasən, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)- 521/2021 saylı qətnaməsi ilə bərpası nəzərdə tutulmuş su anbarının X2na əvvəllər su çəkilmiş, sonra su borusu kəsilmiş su anbarının bərpası kimi izah verilməsi qərara alınmışdır. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-521/2021 saylı icra sənədinə xitam verilmişdir. X2 həmin qərardan şikayət verərək, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-521/2021 saylı icra sənədinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra işinin davam etdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(042)-521/2021 saylı icra sənədinə əsasən, Gədəbəy rayonu İnəkboğan kənd ərazisində olan “Yeddi evlər” adlanan ərazidə yerləşən su anbarına cavabdehlər X13, X5 və X3 tərəfindən edilən hər cür maneələrə son qoyulmalı və dağılmış su anbarı bərpa edilməlidir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 8(042)-200/2021 saylı qərardadı ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-521/2021 saylı icra sənədinə izah verilmiş, həmin qətnamə ilə bərpası nəzərdə tutulmuş su anbarının X2na əvvəllər su çəkilmiş, sonra su borusu kəsilmiş su anbarının bərpası kimi izah verilmişdir. Gədəbəy rayon İcra və probasiya şöbəsinin icra məmuru Tural İsmayılovun xx.xx.2024-cü il tarixli qərarı ilə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-521/2021 saylı icra sənədinə xitam verilmişdir. Qərarda icra sənədinin xitam verilməsi üçün əsaslar aşağıdakı məzmunda qeyd edilmişdir: “İcra sənədində qeyd olunan tələb üzrə dəfələrlə icra təyin olunmuş və icra sənədi bir icra tədbirində icra sənədi tam olaraq icra olunmuşdur (xitam qərarından narazı qəlan tələbkar qərarı məhkəmə tərəfindən ləğv etdirmişdir). Bundan sonra eyni icra sənədi üzrə dəfələrlə icra təyin olunmuş, lakin tələbkar icra prosesinə maneçilik yaradaraq məhkəmə qərarından kənar tələblər irəli sürmüşdür. İcra sənədi üzrə Gədəbəy rayon Məhkəməsinə izahla müraciət edilmiş, məhkəmənin qərarı ilə su borusu birləşdirilməsi kimi izah verilmişdir. xx.xx.2024cü il tarixdə icra təyin olundu tərəflər və dövlət idarəsinin əməkdaşarı ilə icra prosesi başladı, icra gedişi zamanı tələbkar F. Quliyev məhkəmə qərarında göstərilən su bərpasına etiraz etsədə icra şöbəsinin rəisi Elxan Abbasov tərəfindən su borusu bərpa olundu. Məhkəmə qərarı tam icra olunaraq və icra prossesi video müşayiət olunmuşdur”. O, icra sənədinə xitam verilməsi üçün icra məmurunun qeyd olunan əsasları ilə razılaşmır. Hesab edir ki, icra məmuru məhkəmənin icra sənədini tam şəkildə icra etmədən əsassız olaraq icra sənədinin icrasına xitam vermişdir. İcra sənədinə xitam verilməsi haqqında qərarda göstərilmişdir ki, guya məhkəmə qətnaməyə “su borusu birləşdirilməsi” kimi izah vermişdir. Lakin yuxarda qeyd edildiyi kimi məhkəmə təkcə su borusunun deyil, su borusu kəsilmiş su anbarının bərpası kimi izah vermişdir. Belə ki, məhkəmə qətnaməsində dağıdılmış su anbarının bərpa edilməsi və həmin qətnaməyə izah olaraq X6 əvvəllər su çəkilmiş, sonra su borusu kəsilmiş su anbarının bərpası nəzərdə tutulsa da, icra sənədinə xitam verilməsi haqqında qərarda su anbarının deyil, su borusunun bərpa olunması qeyd edilmişdir. Göründüyü kimi, dağıdılmış su anbarı bərpa edilməmiş, bununla da məhkəmə qətnaməsi tam şəkildə icra edilməmişdir. Odur ki, o Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-521/2021 saylı icra sənədinə xitam verilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və icra sənədi üzrə icra işinin davam etdirilməsini tələb etməkdə haqlıdır. X2 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-521/2021 saylı icra sənədinə bundan əvvəl də xitam verilmiş, tələbkar həmin qərardan şikayət vermiş və məhkəmə qərarı ilə icraata xitam verilməsi barədə qərar ləğv edilmiş və yenidən icra işləri davam etdirilmişdir. Kəsilmiş su borusu bərpa edilmişdir. Dağıdrılmış su anbarı mövcud deyildir. Ərazidə 4 su anbarı vardır. Su anbarının 3-cü olanı Firudin Quliyevə məxsusdur. 4-cü anbar isə borclu Savad Mustafayevə məxsusdur. Firudin Quliyev 4-cü su abarından su çəkilməsini istəyir. Həmin icra sənədi üzrə bu mümkün deyildir. Kəsilmiş su borusu bərpa edilmişdir. Lakin həmin su borusu yenidən qırılmışdır. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi tam icra olunduğundan xitam olunmuşdur. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Borclulara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxsləri dinləyib, şikayət ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, “İcra haqqında” qanunun 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin qanunun 20.6-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Məhkəmədə müəyyən oldu ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-521/2021 saylı qətnaməsinə əsasən, Gədəbəy rayonu, İnəkboğan kənd ərazisində olan “Yeddi evlər” adlanan ərazidə yerləşən su anbarına cavabdehlər X13, X5 və X3 tərəfindən edilən hər cür maneələrə son qoyulması və dağılmış həmin su anbarının bərpa edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(042)-200/2021 saylı qərardadına əsasən, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)- 521/2021 saylı qətnaməsi ilə bərpası nəzərdə tutulmuş su anbarının X2na əvvəllər su çəkilmiş, sonra su borusu kəsilmiş su anbarının bərpası kimi izah verilməsi qərara alınmışdır. Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi icra edildiyindən Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)- 521/2021 saylı icra sənədinə xitam verilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə qərarlarına əsasən, təkcə mübahisəli su borusu bərpa edilməli deyil, həmçinin əvvəllər su çəkilmiş, sonra su borusu kəsilmiş su anbarı da bərpa edilməlidir. İcra məmurunun icra sənədinə xitam verilməsi barədə qərarında su anbarının bərpa edilməsi öz əksini tapmır. Həmçinin məhkəmə iclasında məlum olur ki, bərpa edilmiş su borusu yenidən kəsilmişdir. Belə olan halda, icra sənədinin tam icra olunmaması və bərpa edilmiş su borusunun yenidən kəsilməsi qətnamənin icrasını əhəmiyyətsiz edir və təkrarən eyni mübahisələrin yaranmasına səbəb olur. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, X1 şikayəti əsaslıdır, təmin edilməlidir. AR Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarında göstərilmişdir ki, "... “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-521/2021 saylı icra sənədinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra işi davam etdirilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №8(042)-121/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-121/2024
26.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver