Məhkəmə qərarları › İş №8(042)-121/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-121/2025

30.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-121/2025 30.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(042)-21/2017 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(042)-21/2017 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən xx xxxx 1984-ci ildə Gədəbəy rayonunda doğulmuş, hazırda Gədəbəy rayonu, Qaradağ kəndində qeydiyyatda olan və yaşayan Borclu hər ay sabit pul məbləğində hər uşağa görə 100 manat olmaqla üç uşaq üçün 300 manat verilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borclu icraata başlamaq haqqında qərarın surəti bildirişlə göndərilmiş,icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir.Lakin bu müddət ərzində Borclu tərəfindən icra sənədində olan tələb könüllü tam təmin edilməmişdir.Borclu tərəfindən tələb tam təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir.Gədəbəy Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən məhkəmənin icra sənədində göstərilən tələbin təmin edilməsi və borclunun Azərbaycan Respublikasının hüdudlarından kənara gedərək məhkəmə qətnaməsinin icrasından yayınmasının qarşısının alınması məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədəmüvafiq hesab edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-cı maddəsinə əsasənə, məhkəmə qərarları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Borclu icra sənədini icra etməmiş, borcunu ödəməmişdir.Ona görə də təqdimat təmin edilməli, Borclunın ölkədən getmək hüququna məhdudiyyət qoyulmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 231, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Təqdimat təmin edilsin. xx xxxx 1984-ci ildə Gədəbəy rayonunda doğulmuş, hazırda Gədəbəy rayonu, Qaradağ kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti – məhkəmə qərarı icra olunanadək məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar