Məhkəmə qərarları › İş №8(042)-125/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-125/2023

21.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-125/2023 21.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(042)-364/2023 saylı icra sənədinin icrası ilə əlaqədar, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən əmlak üzərinə həbs qoyulması barədə verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(042)-364/2023 saylı icra sənədi üzrə borclunun əmlak üzərinə həbs qoyulmasına dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, e-2(042)-364/2023 saylı icra sənədinə əsasən Borclu 7028.61 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarla icraata başlanılmışdır. Lakin borclu tələbi könüllü icra etməmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılması zamanı məlum olmuşdur ki,Borclu mülkiyyətində “TOYOTO PRİUSHİBRİD” minik markalı, **-ER-*** və “CHEVROLET CRUZE” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır.Lakin borclu tələbi könüllü icra etməmişdir. Ona görə də icra məmuru borc tələbinin həmin avtomaşına yönəldilməsi üçün onun üzərinə həbs qoyulması haqqında məsələyə baxılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat müəllifinə, tələbkara və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarın, icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin portalından çıxarışdan görünür ki, Borclu mülkiyyətində TOYOTO PRİUSHİBRİD” minik markalı, **-ER-*** və “CHEVROLET CRUZE” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. İcra haqqında Azərbaycan Respublikasının qanunun 50.2-ci maddəsinin ikinci abzasına əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Beləliklə, məhkəmə araşdrıması ilə müəyyən edilmişdir ki, Borclu mülkiyyətində TOYOTO PRİUSHİBRİD” minik markalı, **-ER-*** və “CHEVROLET CRUZE” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. Borclu üzərinə düşən öhdəlikləri icra etmir. Ona görə də təqdimat təmin qismən təmin edilməli, Borclu mülkiyyətində olan CHEVROLET CRUZE” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 231-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Borclu mülkiyyətində olan CHEVROLET CRUZE” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad icra olunması üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar