Məhkəmə qərarları › İş №8(042)-128/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-128/2022

08.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-128/2022 08.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi X2 iştirakı ilə, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından iş üzrə X1 etibarnamə üzrə nümayəndəsi X9 tərəfindən verilmiş şikayətə və iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(042)-6/2022 saylı qərardadına əsasən, iddiaçı X4 cavabdeh X8 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə baxılıb yekun qərar qəbul edilənədək, ünvan 1 ünvanında X11 tərəfindən tikinti işləri dayandırılması və tikinti ilə bağlı hər hansı hərəkətin edilməsi qadağan edilməsi qərara alınmışdır. Məhkəmə qərardadı dərhal icraya yönəldilmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gədəbəy rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MTT(042)-6/2022 saylı icra sənədinin icraatına xitam verilmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra sənədinin icraatına xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından iş üzrə X1 etibarnamə üzrə nümayəndəsi X9 şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. X1 etibarnamə üzrə nümayəndəsi X9 ərizəsini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(042)-6/2022 saylı qərardadına əsasən, iddiaçı X4 cavabdeh X8 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə baxılıb yekun qərar qəbul edilənədək, ünvan 1 ünvanında X11 tərəfindən tikinti işləri dayandırılması və tikinti ilə bağlı hər hansı hərəkətin edilməsi qadağan edilməsi qərara alınmışdır. Qərardad icraya yönəlmişdir. Bundan sonra Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Rüstəmovun xx.xx.2022-ci il tarixli qərarı ilə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(042)-6/2022 saylı icra sənədinə xitam vermişdir. Lakin, buna baxmayaraq X14 evin içərisində təmir işləri aparır, icra məmuru isə evin çölündən foto şəkillər çəkərək vəzifəsini bitmiş hesab edir. İcra məmuru mənzilin içərisinə daxil olaraq təmir işlərinin aparılmasını müəyyən etməmişdir. Eləcə də, icra məmuru icra hərəkətlərini onların iştirakı olmadan etmişdir. Ona görə də, hesab edir ki, tikinti işlərinin aparılmasına qadağa qoyulmasına baxmayaraq, evin içərisində təmir işləri aparıldığından icra məmurunun qərarı ləğv edilməlidir. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, hazırda tikinti işlərinin aparılması qadağan edilmiş yerdə hər hansı təmir işi aparmır. Tələbkarın şikayət ərizəsində qeyd edilənləri qəbul etmir. Odur ki, şikayət ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Gədəbəy rayon İcra və Probasiya şöbəsinə və tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, şikayət ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(042)- 6/2022 saylı qərardadından görünür ki, iddiaçı X4 cavabdeh X8 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə baxılıb yekun qərar qəbul edilənədək, ünvan 1 ünvanında X11 tərəfindən tikinti işləri dayandırılması və tikinti ilə bağlı hər hansı hərəkətin edilməsi qadağan edilməsi qərara alınmışdır. İşdə olan Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, icra sənədi icra edildiyindən Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(042)-6/2022 saylı icra sənədinə xitam verilməsi qərara alınmışdır. Odur ki, məhkəmə hesab edir ki, tələbkar Gədəbəy Rayon İcra və Probasiya şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından şikayət verməkdə haqlıdır. Belə ki, “İcra haqqında” qanunun 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin qanunun 20.6-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Məhkəmədə müəyyən oldu ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(042)-6/2022 saylı qərardadına əsasən, iddiaçı X4 cavabdeh X8 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə baxılıb yekun qərar qəbul edilənədək, ünvan 1 ünvanında X11 tərəfindən tikinti işləri dayandırılması və tikinti ilə bağlı hər hansı hərəkətin edilməsi qadağan edilməsi qərara alınmışdır. Məhkəmə qərardadı dərhal icraya yönəldilmişdir. Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi icra edildiyindən Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(042)-6/2022 saylı icra sənədinə xitam verilməsi qərara alınmışdır. Lakin, X1 etibarnamə üzrə nümayəndəsi X9 xitam qərarından şikayət verərək, icra sənədinin icra məmuru tərəfindən icra edildiyi güman edilib, icra sənədinə xitam verilməsinə baxmayaraq, borclu tərəfindən mübahisəli evdə təmir işlərinin aparıldığını bildirmişdir. Belə olan halda, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(042)-6/2022 saylı qərardadı üzrə icra hərəkətləri edilməsinə baxmayaraq, mübahisəli evdə təmir işlərinin aparılması qərardadın icrasını əhəmiyyətsiz edir və həmin ərazidə tikinti və ya təmir işlərinin davam etdirilməsi gələcəkdə çıxarılacaq məhkəmə qətnaməsinin icrasına maneələr yarada bilər. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, tələbkarın şikayəti əsaslıdır, təmin edilməlidir. AR Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarında göstərilmişdir ki, "... “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 etibarnamə üzrə nümayəndəsi X5 şikayəti təmin edilsin. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(042)-6/2022 saylı icra sənədi yenidən icra edilməsi üçün Gədəbəy rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar