Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-132/2025 08.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi X2 və Maraqlı şəxs iştirakları ilə X2nın alimentin indeksasiya edilməsi haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 xx.xx.2020-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının minimum əməkhaqqı məbləğinin 0.615 misli həddində indeksasiya edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X2 ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Maraqlı şəxs ilə 2019-ci ildə ailə qurmuşlar.Birgə ailə müanasibətlərindən xx.xx.2020-ci il tarixdə doğulmuş X7 doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat alimentin Maraqlı şəxs alınaraq, ona verilməsi qət edilmişdir.Hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması zərurəti yaranmışdır. Ona görə də ərizəsinin təmin edilməsini xahiş edir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-939/2021 saylı Qətnaməsindən görünür ki, xx.xx.2020-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxılanılması üçün 150 manat alimentin Maraqlı şəxs alınaraq, X5 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasinin MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “20 dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarnın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2019-cu il sentyabrından etibarən minimumum aylıq əmək haqqının məbləği 250 manat, 1 yanvar 2025-ci il tarixdən isə 400 manat miqdarında müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-939/2021 saylı qətnaməsi ilə xx.xx.2020-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay bir uşağa görə 150 manat,yəni, həmin il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.6 misli miqdarında alimentin alınaraq, X5 verilməsi qət edilmişdir. Ona görə də ərizə qismən təmin edilməli, xx.xx.2020-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artırılmalar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minumum əməkhaqının 0.6 misli qədər aliment Maraqlı şəxs alınaraq, X5 verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdə doğulmuş X1 üçün Maraqlı şəxs sonrakı artırılmalar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0.6 misli həddində aliment alınaraq, X5 verilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-132/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-132/2025
08.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver