Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-133/2024 28.10.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılovun iştirakı ilə, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-337/2024 saylı icra sənədinin icrası ilə əlaqədar, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılov tərəfindən tələbin borclunun təqaüd məbləğinə barədə verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, Gədəbəy rayonu Qaradağ kənd sakini Borclu1 təqaüdündən borc məbləği ödənilənədək hər ay 50 (əlli) faiz hissəsinin onun pensiyasına yönəldilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 337/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu1 1353.33 manat alınaraq X2 verilməlidir. Borclu1 tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Onun əmlak vəziyyəti yoxlanılmış və tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Tələb borclu tərəfindən hələ də təmin edilmir. Tələbkar müraciət edərək tədbir görülməsini xahiş etmişdir. Görülən icra tədbirləri nəticəsində məlum olmuşdur ki, Borclu1 bəzi kateqorialı şəxslərə qulluğa görə 80 manat prezident təqaüdü alır. Mövcud qanunvericiliyə əsasən belə olan halda tələbin həmin müavinətə yönəldilməsi üçün məhkəmə qərarı olmalıdır. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılov məhkəmə iclasında təqdimatda göstərilənlərə oxşar izahat verdi və təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə borcluya və tələbkara lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimat vermiş şəxsi dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-337/2024 saylı icra sənədinə əsasən, Borclu1 1008 manat alınaraq, iddiaçı Borclu2 verilməli, ödənilmiş 30.08 manat dövlət rüsumunun əvəzi, nümayəndə üçün çəkilmiş 17.25 manat və vəkil üçün çəkilmiş 300 manat, cəmi 347.33 manat məbləğində məhkəmə xərcinin əvəzi Borclu1 alınaraq, Borclu2 verilməlidir. Təqdimata əlavə edilmiş Elektron icra sistemindən çıxarılmış şəxsin kartoçkasından görünür ki, Borclu1 aylıq 80 manat məbləğində təqaüd alır. “İcra haqqında” Azərbaycan Respublikasının qanunun 63.1-ci maddəsinə əsasən, tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Həmin qanunun 65.1-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin qanunun 65.2-ci maddəsinə əsasən, tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Həmin qanunun 65.3-cü maddəsinə əsasən, alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Həmin qanunun 65.4-ci maddəsinə əsasən, tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Həmin qanunun 67-ci maddəsinə əsasən, tələb sosial sığorta üzrə müavinətlərə və işsizlikdən sığorta ödənişinə yalnız məhkəmənin qərarına, alimentlərin tutulmasına dair məhkəmə əmrinə yaxud alimentlərin ödənilməsi haqqında notariat qaydasında təsdiq edilmiş sazişlərə və ya sağlamlığa vurulmuş ziyanın ödənilməsi haqqında və ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında məhkəmənin qərarına əsasən yönəldilir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının qanuna əsasən tələbin borclunun prezident təqaüdünə yönəldilməsi üçün məhkəmə qərarının tələb edilməsi nəzərdə tutulmamışdır. Bu məcburi icra tədbiri icra məmurunun səlahiyyətindədir. Ona görə də, məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 231-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılovun tələbin borclunun təqaüd məbləğinə yönəldilməsi barədə təqdimat təmin edilməsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №8(042)-133/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-133/2024
28.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver