Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-135/2023 25.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-151/2018 saylı icra sənədi ilə əlaqədar Borclu məcburi gətirilməsinə dair Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gədəbəy Rayon İcra və X3 X7 Rayon Məhkəməsi tərəfindən verilmiş qərarın icrası ilə əlaqədar borclunun məcburi gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(042)-151/2018 saylı icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarla icraata başlanılmışdır. Borclu icraata başlamaq haqqında qərar və bildiriş təqdim edilmişdir. Lakin borclu borcunu ödəməmiş, borclu qismində Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilməsinə baxmayaraq o, heç bir üzrlü səbəb göstərmədən Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən imtina etmişdir. Odur ki, təqdimatın təmin edilməsini məhkəmədən xahiş edir. İcra məmuruna, tələbkara və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MMPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 3(042)-99/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 10 gün müddətində inzibati həbs növündə inzibati tənbeh təyin edilmişdir. İş materiallarından məlum olur ki, Borclu icra sənədi üzrə üzərinə düşən öhdəlikləri qərəzli şəkildə icra etmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, təqdimat təmin edilməli, borclu Əliyev X4 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1984-cü ildə Gədəbəy şəhərində doğulmuş və hazırda Gədəbəy rayonun, Böyük Qaramurad kəndində qeydiyyatda olan Borclu məcburi qaydada Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-135/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-135/2023
25.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver