Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-136/2024 14.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, X1 və Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Rüstəmovun iştirakları ilə, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-1090/2018 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair X1 ərizəsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: X2 məhkəməyə ərizə verərək Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-1090/2018 saylı icra sənədi üzrə hər ay 20-30 manat məbləğində ödəniş edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəyə Azərbaycan Respublikası MPM-in 231-ci maddəsinə müvafiq qaydada baxılmışdır. X2 məhkəmə iclasında bildirdi ki, ona, Gədəbəy Rayon Məhkəməsi tərəfindən 25 oktyabr 2018-ci il tarixdə məhkəmə əmri çıxarılmışdır. Məhkəmə əmri çıxarılan vaxt o Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Elə buna görə də məhkəmə iclasında iştirak edə bilməmişdir. Həmçinin maddi vəziyyəti yaxşı deyil. İİ qrup əlildir. Əlilliyə görə ayda 220 manat pensiya alır. Ürəyinin işləmə fəaliyyəti 23%-dir. Qaraciyər serrozudur. Hər ay dərmanlarına 197 manat pul verir. Bu səbəblərə görə o borcundan hər ay 20-30 manat pul ödəyə bilər. Bundan artıq ödəməyə gücüm çatmır. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Rüstəmov məhkəmə iclasında bildirdi ki, icra sənədi icra olunarkən borclunun mümkün qədər əlilliyi və maddi durumu nəzərə alınaraq yönəldilmə edilmişdir. Odur ki, ərizəni əsassız hesab edir və ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir. Tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəyə MPM-in 231.2-ci maddəsinə əsasən tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Gədəbəy rayon məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(042)-1090/2018 saylı qətnaməsinə əsasən X2ndan kreditor "xxxx" MMC-nin xeyrinə 663.88 manat əsas, 91.55 manat faiz, 66 manat cərimə borcu olmaqla, cəmi 821.43 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. İcra sənədi Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, qanuna müvafiq qaydada icraata başlanılmışdır. Borclu, hazırkı tarixə kimi borcunu hələ də tam ödəməmişdir. Qətnamənin hissə-hissə icra edilməsi tələbkarın mənafeyi və maraqlarına zidd olduğundan, eləcə də qətnamənin hissə-hissə icra edilməsi üçün borclunun bildirdiyi arqumentlər kifayət qədər əsaslı olmadığından məhkəmə hesab edir ki, X1 məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X1 Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-1090/2018 saylı məhkəmə əmrinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan, onun surətinin rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №8(042)-136/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-136/2024
14.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver