Məhkəmə qərarları › İş №8(042)-137/2021

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-137/2021

24.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-137/2021 24.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Gədəbəy Rayon Məhkəməsinin 19.10.2018-ci il, 8(042)- 142/2018 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş “VAZ-21061” markalı ** BG *** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə borclu Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək Gədəbəy rayon Məhkəməsinin 19.10.2018-ci il, 8(042)-142/2018 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş “VAZ-21061” markalı ** BG *** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Gədəbəy rayon Məhkəməsinin 19.10.2018-ci il, 8(042)-142/2018 saylı qərardadı ilə “VAZ-21061” markalı ** BG *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və həmin avtomobilin açıq hərracdan satılması qərara alınmışdır. İcra sənədi üzrə borclu, öhdəliklərini yerinə yetirmiş, tələbkara olan borcunu ödəmişdir. Hər ay əmək pensiyasından aliment borcu tutularaq, tələbkara ödənilir. Ona görə də, “VAZ-21061” markalı ** BG *** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 19.10.2018-ci il, 8(042)-142/2018 saylı qərardadının surətindən görünür ki, Borclu məxsus “VAZ-21061” markalı ** BG *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və həmin avtomobilin açıq hərracdan satılması qərara alınmışdır. İşdə olan ərizənin surətindən görünür ki, Borclu tələbkar X2 borcunu tam ödəmişdir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri, habelə toplanmış icra iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Beləliklə, Gədəbəy rayon Məhkəməsinin 26.09.2019-cu il, 8(042)-131/2019 saylı qərardadı ilə Borclu məxsus “VAZ-21061” markalı ** BG *** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin saxlanılması üçün əsaslar aradan qalxmışdır. Odur ki, ərizə təmin edilməli, “VAZ-21061” markalı ** BG *** qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Təqdimat təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin 19.10.2018-ci il, 8(042)-142/2018 saylı qərardadı ilə Borclu məxsus “VAZ-21061” markalı ** BG *** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə və DİN Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar