Məhkəmə qərarları › İş №8(042)-138/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-138/2022

25.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-138/2022 25.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-433/2019 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi barədə icra məmurunun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-433/2019 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi barədə təqdimat ilə məhkəməyə müraciət etmişdir. Təqdimata Azərbaycan Respublikası MPM-in 231-ci maddəsinə müvafiq qaydada baxılmışdır. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılov təqdimatını onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)- 433/2019 saylı icra sənədinə əsasən Borclu 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 360 manat aliment pulu alınıb Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə icraata qəbul olunmuşdur. Borclu barəsində məcburi tədbirlər tətbiq edilərkən Tələbkar Gədəbəy rayon İcra və Probasiya şöbəsinə xx.xx.2022-ci il tarixli rəsmi ərizə ilə müraciət edərək icra sənədi üzrə qeyd edilən uşaqların atasının (borclunun) himayəsində olduğunu bildirərək bu iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tələbkar tələbdən imtina etməsinə baxmayaraq bu icra məmuruna “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbir görülməsi imkanı yaratmır. Çünki icra sənədi üzrə tələb tam təmin edilmədiyi üçün tam icra ilə bağlı xitam vermək mümkün deyildir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-433/2019 saylı icra sənədi üzrə Tələbkar tələbdən imtinasının qəbul edilməsi və bu iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə təqdimat müəllifinə, borcluya və tələbkara lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-433/2019 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi barədə təqdimatı əsassız olduğundan rədd edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-433/2019 saylı icra sənədinin surətindən görünür ki, 12 oktyabr 2009-cu il tarixdə doğulmuş X2, 12 oktyabr 2010-cu il tarixdə doğulmuş X3 və 29 oktyabr 2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay sabit pul məbləğində hər uşağa görə 120 manat, cəmi 360 manat aliment alınaraq, Tələbkar verilməlidir. Təqdimata əlavə edilmiş ərizənin surətindən görünür ki, Tələbkar uşaqların halhazırda Borclu himayəsində olduğunu bildirmiş və Gədəbəy rayon Məhkəməsinin 2(042)- 433/2019 saylı icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının qanunun 20.1.1-ci maddəsinə əsasən, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə qeyd edir ki, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılov məhkəmə təqdimat verərək, tələbkarın tələbdən imtinasının qəbul edilməsini və iş üzrə icra sənədinin icraatına xitam verilməsini xahiş etsə də, tələbkarın ərizəsinin məzmunundan aydın olur ki, tələbkar ərizəsində tələbdən imtina etməsini qeyd etməmiş, sadəcə uşaqlar borclunun himayəsində olduğundan icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Belə olan halda, tələbkarın həmin ərizəsini tələbdən imtinası kimi qəbul edilə bilməz. Odur ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-433/2019 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi barədə icra məmurunun təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-433/2019 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar